Piyadaların üzərinə su sıçradan sürücülərin NƏZƏRİNƏ
"Sulu və ya palçıqlı yolda piyadalara, binalara və ətrafdakı nəqliyyat vasitələrinə qəsdən su sıçradılması hər bir sürücüdə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.1.5 maddəsinə əsasən, 40 manat məbləğində inzibati cərimə öhdəliyi yaradır".
azxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O qeyd edib ki, yağışlı hava şəraiti ilə əlaqədar hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidir.
"Xüsusilə sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobillərinin şüşələrinin və işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı və ətrafdakı insanları nəzərə almalıdırlar.
Əlverişsiz hava şəraitində piyadaların hərəkətində də bir sıra çətinliklər yarandığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da ehtiyatlı olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi və avtomobil yollarına çıxmamağı tövsiyə edirik", - deyə M.Ağayev vurğulayıb.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat