Piylənmənin uşaqlar üçün yaratdığı YENİ TƏHLÜKƏLƏR
"Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət, konsentrasiya və yaddaşa mənfi təsir göstərir, həmçinin autizm və diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi xəstəliklərin inkişaf riskini artıra bilər.
KONKRET.az xəbər verir ki, nəticələr "BMJ (British Medical Journal) Global Health"də dərc olunub.
Tədqiqat zamanı alimlər bədəndə piylənmə və dəmir çatışmazlığı arasındakı əlaqəyə dair minlərlə mövcud elmi işi təhlil ediblər. Meta-analizə daxil edilən tədqiqatların iştirakçıları müxtəlif ölkələrdən olan uşaqlar və 25 yaşdan kiçik insanlar olub.
Məlum olub ki, kök və artıq çəkidən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı anemiyasının inkişaf riski xeyli artıb. Bu, bədəndə dəmir səviyyəsinin azalması ilə xarakterizə olunan, qanda qırmızı qan hüceyrələrinin və hemoglobinin konsentrasiyasının azalmasına səbəb olan patoloji vəziyyətdir.
Dəmir çatışmazlığı artan yorğunluğa, yaddaşın və konsentrasiyanın azalmasına səbəb ola bilər. Həmçinin uşaqlarda anemiyanın autizm və diqqət çatışmazlığı hiperaktivlik pozuqluğuna təhrikçisi olduğu qeyd edilir. Alimlərin fikrincə, kök uşaqların orqanizmində dəmir çatışmazlığı pis qidalanma ilə bağlı ola bilər.
Xüsusilə, fəst-fud, şirniyyat, çips və şəkər tərkibli içkilərin qəbulu da pis qidalanmaya daxildir. Belə qidalarda çoxlu yağlar və karbohidratlar olur.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var