PKK simvolu ilə bağlı Bakıda insident - Həbs edilən var

PKK simvolu ilə bağlı Bakıda insident - Həbs edilən varBakıda yol polisi əməkdaşları ilə "JEEP Wrangler" markalı avtomobilin sürücüsü arasında insident baş verib. 
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, insident Xırdalandan Bakıya gələn yolda qeydə alınıb. Yol polisi əməkdaşları 99 RD 088 dövlət qeydiyyat nişanlı "JEEP Wrangler" markalı avtomobilin üzərində qanunla tənzimlənməyən – PKK terror təşkilatının simvolu sayılan beşguşəli ulduz, bundan əlavə "Sheriff" yazılmış işarə və sözlərin olmasını görərək avtomobilə "saxla" işarəsi veriblər. Sürücü Məlik Məhsimov (şərti) maşını saxlasa da, polis əməkdaşlarının həmin işarələri sökməsi ilə bağlı tələblərinə etiraz edib. Bu zaman mübahisə daha da böyüyüb və həmin şəxs polisin tələblərini yerinə yetirməyəcəyini bildirərək tabeçilik göstərməməklə səs-küy salıb. Həmin şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
Saxlanılan şəxs barəsindəki protokol Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə M.Məhsimov hər hansı qanunazidd hərəkət etmədiyini deyib: "Bakı-Sumqayıt yolunda posta dəvət olundum, orada idarə etdiyim "JEEP Wrangler" markalı, 99 RD 088 dövlət qeydiyyat nişanlı avtomobilin ön qapılarında 30 sm ölçüsündə olan beşguşəli ulduzun və "Sheriff" sözünün pozulması tələb edildi. Bu zaman tələbin qanuni əsasını soruşduqda polis əməkdaşları bunu bildirmədilər. Daha sonra mən məntəqədə komandirlə söhbət edərkən YPX-nin adını bilmədiyim əməkdaşları tərəfindən döyüldüm, sənədlərimi və telefonumu əlimdən aldılar. Hadisədən iki gün əvvəl də yol polisi əməkdaşı mənə zəng edərək avtomobilin ön qapılarında olan beşguşəli ulduzun sökülməsini bildirmişdi. Həmin vaxt polisə avtomobilin Amerikadan gətirildiyini, onu alan vaxt avtomobilin ön qapılarında olan beşguşəli ulduzun və "Sheriff" sözünün olduğunu deyərək sökməkdən imtina etdim".
Məhkəmənin qərarı ilə M.Məhsimova 8 sutkalıq inzibati həbs cəzası verilib.

Hadisə       Tarix: 09 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu sonxeber.az cəbhədən son dəqiqə son xəbərlər bugün 2026