Pol Qobl: "ABŞ "erməni soyqırımı"nı tanısa təəccüblənərəm
Pol Qobl: "ABŞ "erməni soyqırımı"nı tanısa təəccüblənərəm"
"1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyacağına söz verən, ancaq vəzifəyə gəldikdən sonra bunu etməyən ABŞ prezidentliyinə namizədlərin uzun bir tarixçəsi var. Prezident Co Baydenin istisna təşkil edəcəyi təəccüb doğurur".
Bunu tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımını" tanıyıb-tanımaması ilə bağlı Caliber.Az-ın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bunun baş verməsinin yeganə səbəbi ("erməni soyqırımı"nın tanınması-red.) Ankaranın NATO məhdudiyyətlərinə qarşı çıxması ola bilər (Rusiyadan S-400 komplekslərinin alınması ilə bağlı -red.).
Qobl qeyd edib ki, Vaşinqton Türkiyəyə qarşı istifadə edilə biləcəyi bir şeyə sahib olmaq istəyir.
"Əlbəttə ki, Co Bayden "soyqırımı" tanıyarsa, Türkiyə ilə problemlər yarana bilər. Ancaq güman edirəm ki, bunlar Rəcəb Tayyib Ərdoğanın prezidentliyinə qədər olduğu kimi ciddi problemlər olmayacaq", - deyə o vurğulayıb. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi