Polad Bülbüloğlu: "Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün şərait hələ yetişməyib

Polad Bülbüloğlu: "Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün şərait hələ yetişməyibPolad Bülbüloğlu: "Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün şərait hələ yetişməyib"
"Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışmaq üçün hələ tezdir, çünki erməni tərəfi öz yanaşmalarında destruktivlik nümayiş etdirir".
Bu sözləri oktyabrın 21-də ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya paytaxtına səfərinin yekunları üzrə TASS-a verdiyi müsahibəsində deyib.
"Hörmətli Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi belə bir dəvət edilməyib. Mənim fikrimcə uyğun şərait hələ yetişməyib", - deyə P.Bülbüloğlu iki ölkə liderlərinin görüşə hazır olduqlarını bildirməsini nəzərə alaraq C.Bayramovun səfəri zamanı belə bir görüşün müzakirə olunub-olunmaması barədə suala cavab verib.
"Qarşı tərəf yanaşmalarında destruktivlik nümayiş etdirməyə davam edir və ona görə də indi bu barədə danışmaq üçün tezdir. Əgər belə bir təşəbbüs irəli sürülərsə, təbii ki, lazımi qaydada nəzərdən keçiriləcək və bu barədə, əlbəttə ki, ictimaiyyətə məlumat veriləcək", - səfir əlavə edib.
O, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan Qarabağla bağlı mövqeyini qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin daha əvvəl TASS-a verdiyi müsahibəsində Azərbaycanın hansı şəraitdə hərbi əməliyyatları dayandıra biləcəyini və bu münaqişənin yekun şəkildə necə həll oluna biləcəyini açıq şəkildə izah etdiyinə diqqət çəkib.
"Öz adımdan əlavə edə bilərəm ki, Azərbaycan beynəlxalq hüquq və ədalətə əsaslanan mövqeyini qətiyyətlə müdafiə etməyə davam edəcək", - P.Bülbüloğlu qeyd edib.
Səfir eyni zamanda, XİN rəhbəri Ceyhun Bayramovun da təsdiqlədiyi kimi Azərbaycanın Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiq qaldığını bildirib.
"Bu səfərin əsas məqsədi Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrovla Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq, Ermənistanı sülhə məcbur etmək, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı və tam şəkildə tənzimlənməsi üçün şəraitin yaradılması ilə bağlı məsələlərin müzakirəsidir", - deyə səfir qeyd edib.
"Görüşdə nazir Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə və 10 oktyabrda qəbul edilmiş bəyanata sadiq olduğunu təsdiqləyib", - diplomat qeyd edib. /oxu.az

Siyasi       Tarix: 21 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda xeber.az hava son xəbər