Polad Bülbüloğlu: "Narazı olanlar səfirliyin işçilərini təhqir edirdilər

Polad Bülbüloğlu: "Narazı olanlar səfirliyin işçilərini təhqir edirdilərPolad Bülbüloğlu: "Narazı olanlar səfirliyin işçilərini təhqir edirdilər"
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu koronavirus pandemiyasından sonra bu ölkədə yaşayan azərbaycanlıların problemlərindən danışıb.
P.Bülbüloğlu APA-ya müsahibəsində bir ildə çox əziyyət çəkdiklərini deyib.
"Çox çətin idi. Bilirəm ki, narazı olanlar da var. Amma bunu heç kəs gözləmirdi, heç kəs istəmirdi. İndi bunun üstündən bir ilə qədər  vaxt keçib, biz indi proseslərə ayrı gözlə baxırıq. Lakin təzə-təzə olanda çox çətinliklər oldu. Çoxu heç nə baş verdiyini başa düşmürdü.
Bu bir il ərzində tək mən yox, səfirliyimizin bütün diplomatları böyük çətinliklərlə qarşılaşdılar. Bildiyiniz kimi, Rusiyada çoxlu azərbaycanlılar yaşayır. Rusiya ilə Dağıstandan keçən quru sərhədimiz bağlandı. O zaman əvvəlcədən Rusiyada olan azərbaycanlılara müraciət etdik ki, sərhəd bağlıdır, ora getməsinlər. Bütün bunlara baxmayaraq, onlar yenə də sərhəddən keçmək ümidi ilə gedirdilər. İnsanları da başa düşmək olar. İşini itirən, imkanı olmayan insanlar vətənə qayıtmaq istəyirdilər. Həmin dövrdə Dağıstan hökuməti ilə, Azərbaycanla sərhədyanı rayonların icra başçıları hər gün 7-8 dəfə təmas qururdum", - deyə P.Bülbüloğlu söyləyib.
O bildirib ki, səfirlik mümkün qədər əlindən gələni edib.
Səfir bəzi narazılıqların haqsız olduğunu da dilə gətirib:
"Yenə deyirəm, bilirəm ki, narazılıq çoxdur, bəziləri haqlı-haqsız...Narazı olanlar bura da gəlirdilər, səfirliyin işçilərini təhqir edirdilər. Biz incimirdik, başa düşürdük ki, insanlar çox çətin vəziyyətdədirlər".
Diplomat qeyd edib ki, Moskvada pandemiyanın birinci dalğası vaxtı təcili tibbi yardım heç xarici vətəndaşlar üçün yardıma gəlmirdi, xəstəxanaya aparmırdı. O, səfirliyin əməkdaşlarının da koronavirusa yoluxduğunu vurğulayıb:
"Məsələ ondadır ki, həmin dövrdə burada xəstəxanalarda yer yox idi. Söhbət xəstənin azərbaycanlı, özbək və s. olmasından getmir. Ümumilikdə, pandemiyanın birinci dalğasında vəziyyət çox çətin idi. Çox çətin bir zaman yaşadıq. Allah bir daha göstərməsin ki, bir daha nə vaxtsa, belə günlər olsun. Əlimizdən gələni, nə mümkündür, onu elədik. Nəyi edə bilmədiksə, bizi bağışlasınlar! Çünki bizim hər şeyə gücümüz çatmır. İnanın ki, elə gün olurdu ki, əməkdaşlarımız 20 saat işləyirdi.
Daha sonra səfirliyimizin əməkdaşları da koronavirusa yoluxdular. Yoluxma konsulluq idarəsindən başladı. Birinci dalğa gələndə biz konsulluğu bağladıq. Konsulluq ancaq onlayn rejimdə fəaliyyət göstərirdi. Sonra ki, konsulluq açıldı və virus həmin idarədən səfirliyə yayıldı, əməkdaşlarımız xəstələndi. İndi yavaş-yavaş bu problemlər həll olunur. Artıq vaksinasiya başlayıb. Gün o gün olsun ki, koronavirus pandemiyası bitsin və biz normal həyata qayıdaq". /oxu.az

Siyasi       Tarix: 27 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri