Polis İdrisovun evdən çıxmasına QADAĞA QOYDU
Mahaçqalanın Sovetski Rayon Məhkəməsi hava limanı yaxınlığında polis vurmaqda şübhəli bilinən Dağıstan sakini Kamal İdrisovu ev dustaqlığına buraxıb.
Publika.az xəbər verir ki, bu barəsə Vilayət Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, noyabrın 11-də Mahaçqala hava limanının nəzarət-buraxılış məntəqəsində polis şüşələri qaralmış və nömrəsiz "naməlum şəxs"in idarə etdiyi "Toyota Camry" markalı avtomobili saxlamağa cəhd edib. Sürücü dayanmayıb və postun mühafizə səddini yıxıb, bundan sonra polis əməkdaşı ilə qarşılaşıb. Onları vurmaqda şübhəli bilinən MMA döyüşçüsü Usman Nurməhəmmədov və onun dostu Kamal İdrisov əlavə istintaq üçün Dağıstanın paytaxtına aparılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin əvvəllər insidentin bütün hallarının tez bir zamanda müəyyən edilməsi barədə göstəriş vermişdi.
"Məhkəmə materiala baxaraq, prokurorun dəstəklədiyi istintaqın vəsatətini təmin edərək, Kamal İdrisovu müvafiq qadağalar tətbiq edilməklə 2 ay müddətinə (11 yanvar 2022-ci il tarixinədək) ev dustaqlığına göndərib", - deyə məlumatda bildirilir.
Hüseyn

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək