Polis mayoru qəzaya düşərək öldü
Yevlaxda polis əməkdaşı xidmətdən kənar vaxtı qəzaya düşərək vəfat edib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 21:30 radələrində baş verib.
Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq Cəfərov xidmətdən kənar vaxtı özünə məxsus "Chevrolet Cruze" markalı avtomobillə hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində ağır xəsarətlər alan F. Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar