Polisdə işləmək istəyənlərin NƏZƏRİNƏ
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Lənkəran "ASAN Xidmət" mərkəzi üzrə regional qrupda vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Bu barədə azxeber.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan dövlət ali təhsil müəssisələrini bitirən, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilməmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan qadın vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 28-dən avqustun 28-dək iş günləri saat 10:00-dan 17:00-dək Lənkəran rayonunun Göyşaban kəndində yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Cənub Bölgəsində Regional Şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
Əlavə məlumat almaq üçün əlaqə telefonu: (012) 590-64-41
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi