Polisə müqavimət göstərənlərə atəş açıldı

Polisə müqavimət göstərənlərə atəş açıldıÖtən gün saat 23:40 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov idarə etdiyi "Saipa" markalı avtomobillə paytaxtın Yasamal rayonu ərazisində saxlanılarkən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməklə idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının xidməti istifadəsində olan iki avtomobilə vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərib.
Open.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb:
"Polis əməkdaşları tərəfindən qanunsuz əməllərin qarşısını almaq məqsədi ilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Vüsal Səmədovun hakimiyyət nümayəndələrinə itaətsizlik göstərməsinə davam etməsi səbəbindən, polis əməkdaşları xidməti silahdan havaya xəbərdarlıq atəşi açdıqdan sonra həmin avtomobilin təkərinə və arxa qapısına atəş açaraq avtomobilin dayandırılmasına nail olublar.
Sürücü Vüsal Səmədov və sərnişinlər - əvvəllər dəfələrlə məhkum olunmuş Abid İsmayılov və Əmrah Əhmədov saxlanılıblar.
Avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə saxlanılan narkotik vasitə hesab edilən 26 bükümdə heroin və metamfetomin aşkar olunaraq götürülüb.
Hadisə nəticəsində polis əməkdaşlarının xidməti avtomobillərinə ciddi ziyan dəymiş, şübhəli şəxs qismində saxlanılan Əmrah Əhmədov güllə yarası alaraq xəstəxanaya yerləşdirilmiş, hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, istintaqın aparılması prokurorluq orqanlarına həvalə edilib".

Hadisə       Tarix: 31 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən ən son xəbər en son xeber bugünkü son xəbərlər