Polislərin formasını cırıb döyən şəxslərə hökm oxundu

Polislərin formasını cırıb döyən şəxslərə hökm oxunduÖtən ilin sentyabrında Şəkinin Baş Şabalıd kəndində polislərə müqavimət göstərərək onlara xəsarət yetirən Tural Mahmudov və Rəşid Quliyevə (şərti) hökm oxunub.
azxeber.com-un Qafqazinfo-ya istinadla məlumatına görə, onlar Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirli bilinib. Şəki Rayon Məhkəməsində oxunan hökmlə 36 yaşlı Turala 1 il 6 ay, 27 yaşlı Rəşidə isə 9 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər sentyabrın 21-də Baş Şabalıd kəndində toyda yeyib-içiblər. Daha sonra Tural sərxoş halda həmkəndlisini ölümlə hədələyərək ona hücum edib. Həmin şəxsin polisə məlumat verməsindən sonra Şəki Rayon Polis Şöbəsinin İstintaq qrupunun üzvləri-Növbətçi Hissənin sürücüsü, polis baş serjantı V.V, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Z.Z və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı T.T saat 20:00 radələrində Baş Şabalıd kəndinə gəliblər.
İttihama görə, onlar Turalın yerini müəyyən edərək saxlamaq istəyərkən həmin şəxs "məni burdan 40 polis də apara bilməyib, 3 polis nə edəcək?" deyərək müqavimət göstərib. Bu zaman ona Rəşid də kömək edib. Onlar polislərə hücum edərək zərbələr endiriblər, həmçinin paltarlarını cırıblar. Polislər Turalı tutaraq maşına salmaq istədikdə o, polis əməkdaşının əlini dişləyərək xəsarət yetirib və kənddəki çaya doğru qaçaraq uzaqlaşıb.
Daha sonra həmin şəxslər tutularaq polis şöbəsinə gətirilib və barələrində cinayət işi açılıb.

Sosial       Tarix: 07 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber son xeberler 2026 axsam.az xeberler enson xeberler