Politico: "ABŞ kəşfiyyat orqanları Rusiyanın nüvə silahlarına nəzarəti gücləndirib"
ABŞ və digər müttəfiq ölkələrin kəşfiyyat xidmətləri Rusiyanın nüvə silahlarına nəzarəti gücləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə "Politico" ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat xidmətləri Rusiya hərbi qüvvələrinin yerləşdiyi ərazilərə kommersiya peykləri ilə nəzarət edirlər.
Bununla belə, kəşfiyyat Rusiyanın genişmiqyaslı nüvə müharibəsi aparacağına inanmır.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti qismən səfərbərlik elan etdikdən sonra Qərb dövlətləri Moskvanın nüvə silahından istifadə edə biləcəyindən qorxmağa başladılar.
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə Vaşinqtonun planı olduğuna dair xəbərdarlıq edib. Lakin o, mümkün reaksiya ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü