Polşa Aİ-ni Rusiya ilə ticarəti tam dayandırmağa çağırdı
Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına Rusiya ilə ticarəti tam dayandırmağı təklif edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının növbəti iclasında Moskvaya qarşı yeni sanksiyaların qəbul edilə biləcəyini söyləyən Baş nazir jurnalistlərə deyib ki, Polşa bu paketə mümkün qədər tezliklə ticarət blokadasının da əlavə olunmasını təklif edir.
Rusiya gəmilərinin limanlara girişinə, həmçinin quru yollarla ticarətə qadağa qoyulmalıdır.
"Rusiyanın ticarətdən tam kənarlaşdırılması onu əlavə olaraq düşünməyə məcbur edəcək: bu dəhşətli müharibəni dayandırmaq daha yaxşı olmazmı. Burada mən etirazçıların tərəfindəyəm", -deyə Mateuş Moravetski bildirib.
Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir sıra digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq edib. /Qafqazinfo

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti