Polşa Almaniya ilə bağlı BMT-yə MÜRACİƏT ETDİ
Polşa BMT-yə bəyanat göndərərək Almaniyadan müharibə təzminatlarının alınmasında kömək istəyib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəsmisi Arkadiuş Mulyarçik bildirib.
"Biz sizdən bu məsələyə müdaxilə etməyi, bu dialoqu aparmaq istəməyən Almaniya ilə dialoq platforması yaratmağı xahiş edirik", – o, jurnalistlərə deyib.
Qeyd edək ki, bundan əvvəl Polşa oxşar tələblə Avropa Şurasına və YUNESKO-ya müraciət edib.
Xatırladaq ki, sentyabrın 3-də Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dağıntılara görə kompensasiya tələb edən nota imzalayıb. Varşava müharibənin vurduğu zərərin həcmini 6,2 trilyon zloti (1,3 trilyon dollar) qiymətləndirir.
Tələblər siyahısına 1939-1945-ci illərdə Almaniya dövləti tərəfindən oğurlanmış Polşa dövlət banklarının aktivləri, habelə alman işğalı qurbanlarına və onların ailələrinə dəymiş ziyanın ödənilməsi daxil edilib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO