Polşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan edəcək
Polşa Belarus ilə sərhədboyu bölgələrdə fövqəladə vəziyyət elan etməyə hazırlaşır.
Bu addıma səbəb son bir neçə həftə ərzində Əfqanıstan və İraq qaçqınlarının iki ölkənin sərhədlərində cəmləşməsidir. Polşa tərəfi qaçqınların sərhəddə saxlanılaraq geri qaytarılması, yeni sərhəd hasarlarının tikilməsi və indi isə fövqəladə vəziyyətin elan edilməsi yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısını almağa çalışır. Otuz günlük fövqəladə vəziyyət sərhəd bölgəsində 183 yaşayış məntəqəsini əhatə etməlidir. Həmin müddətdə nümayiş və digər aksiyaların keçirilməsinə də icazə verilməyəcək. Fövqəladə vəziyyət elan edilən ərazilərdə yerli sakinlərin hərəkəti sərbəst olacaq, həmin ərazidə yaşayış qeydiyyatında olmayan şəxslərin oraya daxil olmasına icazə verilməyəcək.
Polşanın daxili işlər naziri Mariuş Kaminski hökumətin qərarını müdafiə edərək bildirib ki, hazırda qonşu Belarusla sərhəddə vəziyyət gərgin həddə çatıb. Hökumətin qərarı rəsmi qüvvəyə minməsi üçün dövlət başçısı Andjey Duda tərəfindən də təsdiqlənməlidir.(Axar.az) /publika.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək