Polşa Prezidenti Rusiyadakı vəziyyətlə əlaqədar TƏCİLİ İCLAS KEÇİRDİ
Polşa Prezidenti Anjey Duda Rusiyadakı vəziyyətlə bağlı Baş nazir və Milli Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparıb.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, o, bunu müttəfiqlərlə də müzakirə edib.
"Sərhədimizin yaxınlığında baş verən hadisələrin gedişatını nəzarətdə saxlayırıq", – deyə Duda tviterdə yazıb.
Qeyd edək ki, iyunun 23-də "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Müdafiə Nazirliyini onun döyüşçülərinin mövqelərinə zərbələr endirməkdə günahlandırıb. Bu gün səhər saatlarında o, "Vaqner"in Rostovdakı bütün hərbi obyektləri nəzarətə götürdüyünü bildirib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ona qarşı cinayət işi açıb. Moskva və Voronejdə antiterror əməliyyatı rejimi tətbiq edilib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi