Polşadan Rusiyaya əzələ nümayişi: Ən böyük hərbi parad KEÇİRİLİR
Polşanın paytaxtı Varşavada Soyuq Müharibədən bəri ən böyük hərbi parad keçirilir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa hökuməti bunun həm Moskva, həm də oktyabrda keçiriləcək seçkilər ərəfəsində seçicilər üçün siqnal olacağını bildirir.
"Bu parad əvvəlkilərdən fərqli olacaq. Biz Polşa Silahlı Qüvvələrinin texnikasının modernləşdirilməsi prosesinin necə getdiyini görə biləcəyik", – deyə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
Məlumata görə, Silahlı Qüvvələr Günü şərəfinə keçiriləcək paradda 200 hərbi texnika, 92 təyyarənin müşayiəti ilə Polşa və digər NATO ölkələrindən olan 2000 əsgər paytaxtdan keçəcək.
Paradda ABŞ-dan alınan "Abrams M1A1" tankları, Cənubi Koreyanın "K2" tankları, "K9" özüyeriyən haubitsaları, həmçinin "HIMARS" raket sistemləri və "Patriot" hava hücumundan müdafiə sistemləri nümayiş etdiriləcək.
Həmçinin paradda Polşa istehsalı olan "Borsuk" piyada döyüş maşınları və "Rosomak" zirehli transportyorları da iştirak edəcək.
2015-ci ildən hakimiyyətdə olan "PiS" partiyası ordunun sayını iki dəfə artırmağı və Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 4%-ni müdafiəyə xərcləməyi vəd edib.
Bununla belə, müxalif deputatlar deyir ki, hökumət ordudan öz siyasi məqsədləri üçün istifadə edir.
"Polşa ordusundan seçki kampaniyası üçün istifadə "PiS" üçün ayıbdır. Ordunun siyasiləşdirilməsinə yol verilmir!", – deyə müxalif deputat Mixal Şerba sosial mediada yazıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi