Polyanski: "BMT-nin Laçın dəhlizi ilə bağlı bəyanatı Rusiyaya görə yox, Fransaya görə QƏBUL EDİLMƏDİ"
"BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı bəyanatı Rusiyanın yox, Fransanın yanaşmasına görə qəbul edilməyib".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski teleqram kanalda yazıb.
O bildirib ki, BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı mətbuat üçün bəyanatı Fransanın yanaşmasına görə qəbul edilməyib.
"Mən BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı mətbuat üçün bəyanatı qəbul etməməsinin səbəbləri ilə bağlı tamamilə yalan məlumatın təqdim olunmasını qeyd etməyə bilmərəm", – deyə Polyanski qeyd edib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının daimi missiyası əvvəldən Təhlükəsizlik Şurasının reaksiyasının işlənib hazırlanması kontekstində konstruktiv işləmək əzmindədir.
"İrəvanın tələbi ilə bu prosesi Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayan fransızlar tərəfindən koordinasiya edilib. Parisin bu cür üsullarının natəmizliyi göz qabağındadır.
Və bu, baxmayaraq ki, biz Qərb ölkələrindən fərqli olaraq, sözdə deyil, əməldə Qarabağda, o cümlədən Laçın dəhlizi ətrafında münaqişənin həlli ilə məşğul oluruq", – deyə diplomat əlavə edib.
O bildirib ki, Rusiya sülhməramlıları tərəflərlə təmaslarda təhlükəsizliyi təmin edir və mübahisəli məsələlərin həlli yollarını axtarır.
"Mövcud vəziyyətin kəskinləşməsindən asılı olmayaraq, həm Bakı, həm də İrəvan tərəfindən dəstəklənən dörd birgə bəyanat normallaşma üçün əsas olaraq qalır. Bəyanat üzərində işləyərkən keçmiş qərbli tərəfdaşlarımız bu sənədləri və Rusiya sülhməramlılarının səylərini qeyd etməyə cəsarət tapmadılar", – deyə Polyanski yazıb.
Onun sözlərinə görə, "Qərbliləri münaqişə vəziyyətinin həllindən daha çox Təhlükəsizlik Şurasının hər hansı məhsulunun qəbulu maraqlandırırdı".
"Biz qəti şəkildə əminik ki, Şuranın reaksiyası heç bir tərəfə damğa vurmadan kompromis tapmağa və sülh prosesinin bərpasına töhfə verməlidir.
Şəxsən mən həqiqətən inanmaq istəyirəm ki, erməni dostlarımız SSRİ-də bir yerdə yaşamış qardaş xalqları hər hansı bir bəhanə ilə sıxışdırmaqdan çəkinməyənlər naminə vicdansız geosiyasi oyunlara getməyə, evimizdə ziddiyyətlər və problemlər yaratmağa imkan verməyəcəklər", – deyə Polyanski vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO