Poqosyan: "Türkiyənin təsiri artır, Rusiya sıxışdırılır. Bu proses dayanmalıdır"

Poqosyan: "İqtisadi inteqrasiyanın hazırkı dərəcəsi hələ də Avrasiya İqtisadi İttifaqının (Aİİ) tam fəaliyyəti üçün yetərli deyil. İqtisadi gerilik problemi də var ki, Aİİ buna kifayət qədər diqqət yetirmir".
KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının akademiki, Avrasiya Ekspert Klubunun üzvü Gevorq Poqosyan mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, indi Aİİ-nin strateji muxtariyyətinin gücləndirilməsi üzrə tədbirlər haqqında düşünməyin vaxtıdır.
"Müharibədən sonrakı dünyanın tamamilə yeni geosiyasi reallıqlarında avrasiyaçılığın inkişaf perspektivlərini, istiqamətlərini və strategiyalarını yenidən nəzərdən keçirmək və qiymətləndirmək lazımdır. Ümumiyyətlə, proaktiv inteqrasiya strategiyasına keçmək lazımdır. İnsanlar inteqrasiyanın real nəticələrini görmək istəyirlər. Burada lənglik və qətiyyətsizlik tərəfdaşların etimadını sarsıdır", – deyə o vurğulayıb.
Gevorq Poqosyanın sözlərinə görə, bizim ölkələrin xalqları başa düşürlər ki, Avrasiyaya inteqrasiyada aparıcı rol Rusiyaya məxsusdur. Və buna görə də Rusiyadan daha qəti və ardıcıl addımlar gözləyirlər. 30 il ərzində aparılan demək olar ki, bütün sosioloji sorğularda Rusiya Ermənistana dost ölkələr arasında ardıcıl olaraq birinci yerdədir. Keçmiş araşdırmalarda Rusiyanı belə qeyd edənlərin faizi daha çox idi (75-80%). Ancaq son 2-3 ildə Rusiyanı birinci yerdə qeyd edənlərin payı nəzərəçarpacaq dərəcədə azalıb. Üstəlik, azalma İran (32,7%), Fransa (25,2%) və ABŞ-ın (23,0%) payının artması ilə əlaqədar olub.
"Son sorğular göstərdi ki, ermənilərin 40%-i İrandan, 34%-i Fransadan, 30%-i isə Rusiyadan hərbi-siyasi yardım gözləyir. Belə çıxır ki, Ermənistanın təhlükəsizliyi məsələsində bizim əsas strateji müttəfiqimizin – Rusiyanın rolu ictimaiyyətimizin gözündə güclüdür Qeyd edək ki, Rusiyada da son vaxtlar Ermənistana münasibət müsbətə doğru dəyişməyib. Eyni zamanda Rusiya Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır. Enerji və təhlükəsizlik baxımından Ermənistanın yeganə və etibarlı strateji müttəfiqi Rusiyadır. Mədəni və tarixi baxımdan ənənəvi erməni-rus münasibətləri baxımından onların tayı-bərabəri yoxdur".
Bununla belə, Qərbdə genişmiqyaslı anti-Rusiya əhval-ruhiyyəsi Ermənistana daşındı və hazırda informasiya müharibəsi aparılır. ABŞ və Avropada geniş vüsət alan anti-Rusiya kampaniyası artıq postsovet məkanına da sızmaqdadır. Ermənistanda da sosial şəbəkələrdə və bəzi KİV-lərdə Rusiya əleyhinə müxtəlif yazıların, qərbyönlü vətəndaş cəmiyyətinin bu kimi hərəkətlərinin artması müşahidə olunur. Əslində, əhalinin ictimai rəyinin yenidən formatlaşdırılması, milli kimliyin dəyişdirilməsi istiqamətində kütləvi iş aparılır.
"Siyasi rəhbərlik respublikanın geosiyasi oriyentasiyasını Rusiyadan Qərbə dəyişmək üçün ciddi səylər göstərir. Müasir şəraitdə bu, Türkiyənin təsirini artırır, Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırılması prosesini davam etdirir. Respublika əhalisinin əksəriyyəti bununla razılaşmır. Ona görə də respondentlərin əksəriyyəti hesab edir ki, "Ermənistan bu gün yanlış istiqamətdə gedir. Beləliklə, Ermənistan cəmiyyətinin və siyasi hakimiyyətinin fikirləri diametral əks siyasi oriyentasiya nümayiş etdirir və ciddi fikir ayrılıqlarını özündə ehtiva edir".
Bütövlükdə, Ermənistan hökuməti istəsə də, istəməsə də, demokratiya dəyərlərinə sadiq olsa, öz əhalisinin fikrini nəzərə almalı olacaq", – deyə Poqosyan bildirib.
Sevinc Paşayeva,
KONKRET.az

Siyasi       Tarix: 23 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler ensonxeberler gunun xeberleri krimnal xeber