Pozğun professora 10 il həbs - Tələbə qızları incidirmiş

Pozğun professora 10 il həbs - Tələbə qızları incidirmişEge Universiteti Diş Həkimliyi Fakültəsinin müəllimi professor Z.E.B cinsi təcavüzdə ittiham olunub. Haqqında 10 zərərçəkmiş tələbənin şikayət etdiyi Z.E.B ümumilikdə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarından sonra universitet rəhbərliyi professorun işinə xitam verib.
Pozğun professora 10 il həbs - Tələbə qızları incidirmişKONKRET.az xəbər verir ki, Ege Universitetinin stomatologiya fakültəsində yaşanan qalmaqal 14 dekabr 2019-cu ildə üzə çıxıb.
Bir çox qadın tələbə, o cümlədən bir qadın müəllim Prof. Dr. Z.E.B. tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib.
Bir çox oğlan tələbələr Z.E.B-nin onlara qarşı söyüş söyərək ləyaqətini alçaldan rəftarına görə şikayət edib. Bundan sonra yaradılmış istintaq komissiyasının ilkin hesabatında bildirilib ki, professor seksual zorakılıqda ittiham etmək ədalətsizdir. Çünki onunla bağlı zərrə qədər ittiham və ya şikayət olmayıb, əksinə, o, dəfələrlə təşəkkür və tərifnamə ilə təltif edilib".
Ona görə də onun əməllərində Türkiyə Cəza Məcəlləsinə görə cinayət tərkibi olmadığı qənaətinə gəlinib, yeni araşdırmaya ehtiyac olmadığı bildirilib. Zərərçəkmiş tələbələrin vəkili Mustafa Çətin hüquqi mübarizəni öz üzərinə götürüb. 10 tələbənin şikayət etdiyi işə İzmir 34-cü Ağır Cəza Məhkəməsində baxılıb.
Pozğun professora 10 il həbs - Tələbə qızları incidirmişTəcavüz, cinsi təcavüz, təhqir və hədə-qorxu ilə cinsi təcavüz ittihamı ilə qaldırılan işin altıncı iclası 18 iyul 2024-cü il tarixində keçirilib.
Məlum olub ki, professor qızlara tez-tez əli ilə toxunurmuş, onları bir bəhanə ilə qucaqlayırmış, hətta bəzilərini dodaqlarından və sinələrindən öpürmüş.
Müəllim müdafiə çıxışında ittihamları rədd edib. Deyib ki, "Asayişi qorumaq üçün bəzi qızlara xəbərdarlıq məqsədi ilə toxunub. Heç bir şəkildə qız tələbələrə qarşı cinsi istəyim olmayıb.
Lakin məhkəmədə sübut olunub ki, professor qızları dəfələrlə əlləyib, onlara sekslə məşğul olmağa eyham vurub, bəzilərini isə otağında tək olarkən yarıçılpaq soyundurub.
Fakültənin dekanı Nazan Ersin bildirib ki, "Dörd nəfərin ifadəsinə görə, bir nəfərin həyatını məhv etmək olmazdı. Araşdırmada çox tələbə ondan razılığını bildirib.
İllərdir birlikdə işlədiyimiz dostumuzla bağlı tələbələrin bu cür reaksiyası sırf bu hadisələrə söykənibmi, bunu hərtərəfli araşdırmaq lazım idi. Bizdə dəqiq məlumat yox idi. Bu, ciddi ittihamdır. Mən cəmi dörd nəfərin ifadəsinə əsaslanaraq belə bir qərar verə bilmərəm. Mən qərar verən deyiləm, bəzi şeyləri məhkəməyə buraxmaq lazımdır. Mən ədalətə güvənirəm. Hər etdiyimin arxasındayam, heç nə ört-basdır edilməyib. Mən düzgün etdim, bildirək ki, eyni şey olsaydı, yenə eyni şeyi edərdim".
Qeyd edək ki, uzun müddət gündəmdə qalan hadisə ilə bağlı Ege Universitetlərinin tələbələri tez-tez etiraz ediblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Hadisə       Tarix: 23 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər sou xeberler xəbər ən son xəbərlər