Premyer Liqada XV turun iki oyunu baş tutacaq

Premyer Liqada XV turun iki oyunu baş tutacaqBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, günün ilk matçı Qəbələdə olacaq.
Şəhərin eyniadlı komandası "Keşlə"ni qəbul edəcək. Əyalət təmsilçisi 15 xalla 5-ci, paytaxt klubu 13 xalla 6-8-ci yerləri bölüşdürür. Komandalar indiyədək çempionatda 49 dəfə üz-üzə gəliblər. 13 dəfə meydan sahibləri, 18 dəfə "Keşlə" 3 xal əldə edib. 18 oyunda heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 65:48. "Qəbələ" son 5 matçda qalib gələ bilməyib. "Keşlə" isə səfərdə 6 oyundur ki, uduzmur.
Tura "Zirə" - "Sabah" qarşılaşması ilə yekun vurulacaq. "Qartallar" 23 xalla üçüncü, "Sabah" da isə 13 xalla 8-ci pillədə qərarlaşıb. Rəqiblər Premyer Liqada X dəfə qarşılaşacaqlar. Əvvəlki 9 duelin 3-də "Zirə" 4-də isə "Sabah" qələbə qazanıb. Topların fərqində isə "Sabah"ın minimal hesablı üstünlüyü var - 11:10. "Zirə" son 6 matçda yalnız 1 dəfə uduzub. Zirədəki oyunların hamısında eyni sayda – 2 qol vurulub.
Azərbaycan Premyer Liqası, XV tur
14 fevral (bazar)
15:00. "Qəbələ" – "Keşlə"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu.
17:00. "Zirə" – "Sabah"
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.

İdman       Tarix: 14 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər