Prezident: 'Azərbaycanda təhlükəsizlik təmin edilir

Prezident: 'Azərbaycanda təhlükəsizlik təmin edilir"Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir".
Azxeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində "Cənab Prezident, fikrinizcə, investorları bu Azad İqtisadi Zonaya nə cəlb edəcək və onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar?" sualını cavablandırarkən deyib.
"Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir.
Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir", - dövlət başçısı bildirib.


Siyasi     Baxılıb: 417   Tarix: 01 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

"Xarici güclərin sifarişi ilə Ermənistanda heç vaxt hakimiyyət dəyişikliyi olmayacaq"

"Qarabağ "əməliyyatı"nın təşkilatçıları hazırda eyni "əməliyyat"ı hansısa yolla Ermənistanda da keçirməyə çalışırlar. Onu da deyim ki, təşkilatçılar Ermənistanda deyil". KONKRET.azxəbər veri

"SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır" - Tomas de Vaal

"Təhvil verilməsi nəzərdə tutulan kəndlər SSRİ dövrünün istənilən xəritəsində Sovet Azərbaycanının tərkibində olub. Yəni Azərbaycana məxsus idi". -a istinadən xəbər verir ki, bunu keçmiş Qarabağ münaqişəsi üzr

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı açıqlandı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Almatıda mayın 10-u görüşəcək. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızad

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən polis baş leytenantı Rəcəbov Ramil Valeh oğlu Saatlı rayon Poli

Şamo Mürşüdova vəzifə verildi

Şamo Mürşüdov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə yeni müşavir təyin edilib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

Qazaxın Xeyrimli kəndində mina təmizləmə işləri zamanı erməni istehkamçı minaya düşüb. Bu barədə "Sputnik-Armeniya" məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, ilki

ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm

Şuşada olduğuma görə xoşbəxtəm. xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib. "Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və şada

Paşinyan sülh müqaviləsinin tarixi barədə DANIŞDI

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər". xəbər verir ki, bunun Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bəyan edib. O, həmçinin iki ölkənin xarici işlə

Putin ilə Paşinyan arasında görüş "çox şeyi aydınlaşdıracaq" - Kreml

"Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimindən bir gün sonra, mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşəcək". xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçis


tezbazar son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum cəbhədən son xəbərlər cəbhədən yeni xəbərlər en sonxeber