Prezident Azərbaycanı "ASAN"laşdırır – ŞƏRH

Prezident Azərbaycanı "ASAN"laşdırır – ŞƏRH Prezident Azərbaycanı "ASAN"laşdırır – ŞƏRH
Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.
"ASAN xidmət" mərkəzləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində dövlət başçısının 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb.
"ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
"ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Prezident İlham Əliyev açılışda çıxış edərkən deyib ki, "ASAN xidmət" mərkəzlərinin sayı 19-a çatır və bu proses davam etdirilir.
Dövlət başçısı söyləyib ki, səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Perspektivdə isə Azərbaycanın bütün ərazisi "ASAN"laşacaq.
İlham Əliyevin sözlərinə görə, tikilən "ASAN xidmət" mərkəzlərinin bəziləri demək olar ki, hazırdır.
"Bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi "ASAN xidmət" mərkəzləri ilə əhatə edəcəyik", - deyə Prezident əlavə edib.
"ASAN xidmət" fəaliyyətə başlayandan indiyə kimi quruma 38 milyon müraciət daxil olub.
"ASAN xidmət" fəaliyyətə başlayanda xidmətlərin sayı 100-ə qədər idi, hazırda isə bu rəqəm 320-yə yüksəlib.  
Xidmətin yaradılmasının məqsədi vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına hesablanıb.
Həmçinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması qarşıya hədəf qoyulub.
Dövlətin hökumət qurumlarına etimadının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, elektron xidmətlərdən daha geniş istifadə olunması strategiyası "ASAN xidmət" modeli sayəsində öz hədəfinə nail olub.
İctimai münasibətlərdə tamamilə yeni bir təfəkkürün ortaya qoyulmasını, yeni fəlsəfənin tətbiq edilməsini vətəndaşlar təqdir edir.
Prezident İlham Əliyev bildirib ki, "ASAN xidmət"in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bu qurumdan məmnunluğu 99,4 faizdir.
Bu, vətəndaşların Azərbaycanın intellektual məhsuluna verdiyi qiymətdir.
Azərbaycanın milli brendi olan "ASAN Xidmət" modeli beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən "ASAN xidmət" modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir. "ASAN xidmət" bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq olunur.
Prezident xatırladıb ki, BMT "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib.
"Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında doğru təsəvvürün yaranmasında da rol oynayır", - deyə Prezident söyləyib.
Xidmətin həm daxili auditoriyada, həm də beynəlxalq aləmdə bəyənilmə əmsalının yüksək səviyyədə olmasının səbəblərindən biri də bu modelin rüşvətxor məmurların əl-qolunu yığışdırması ilə bağlıdır.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 05 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber