Prezident: "Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir
Prezident: "Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir"
"Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Biz Ermənistandan fərqli olaraq, heç kimdən kömək istəmirik. Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq".
Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, biz istədiyimizə nail olacağıq:
"Bəs necə olacaq münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unuda biləcəkmi? Unutmayacaq. Bunu fikirləşsinlər, Azərbaycan xalqı o dövlət deyil ki, kimsə maraqlarını kənara qoya bilər.
Gün gələcək, xahişlərlə, əməkdaşlıq təklifləri ilə gələcəklər. Hansı üzlə bizə baxacaqlar? Bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm.
Yığılmışıq boğaza. Vasitəsi neytral olmalıdır, neytral deyilsə, getsin, öz namizədliyini geri götürsün. Vasitəçi ölkələr yeni funksiya fikirləşsinlər ki, nə ilə məşğul olacaqlar. Beş rayonun azad edilməsi deyilirdi. Artıq onun dördü bizdədir. O məsələ artıq qurtardı. Biz özümüz – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı çox hissəsi bizdədir. Eyni zamanda, Hadrut da bizdədir".
İ.Əliyev bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər:
"Etiraz etmirəm, görüşsünlər. 28 il ərzində çox o qədər mənasız görüş olub ki... Görüşlərin mənası olmalıdır. Münaqişənin həllini tezləşdirsin. Ermənistan havadarları, sizə deyirəm, saxta dövləti xilas etmək istəyirsinizsə, deyin, çıxsın. Bir sözlə çıxa bilər. Onlara maliyyə, siyasi, hərbi dəstək verilməsə, Ermənistan ayaq üstdə dura bilərmi? Problemlər içində çabalayan ölkədə haradandır bu qədər pul?!"
İlhamə Əbülfət /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."