Prezident: 'Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var. Bunu artıq beynəlxalq mütəxəssislər də qeyd edirlər.
Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən söyləyib.
Dövlətimizin başçısı deyib: "Xəzər dənizinin küləyi bəzi hallarda bizim üçün bəlkə də problem yaradır. Amma, əksinə, bu, Bakının havasını təmizləyir. Xəzri əsəndə biz hamımız sevinməliyik ki, şəhərə təmiz hava gəlir. Amma bu küləyin də çox böyük faydası ola bilər. Bir neçə böyük şirkətdən Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı ilkin təkliflər gəlib. Onlar indi həm Energetika Nazirliyi, həm İqtisadiyyat Nazirliyi tərəfindən öyrənilir, təhlil aparılır. Əlbəttə, biz bilirik potensial nədir, biz bilirik ki, bu, xarici investorlar üçün cəlbedicidir. Onu da deməliyəm ki, artıq bu sahədə böyük şirkətlər arasında rəqabət var və çox ciddi rəqabət var. Mən indi o şirkətlərin adlarını çəkmək istəmirəm. Amma bu sahədə investisiya qoymaq istəyənlərin sayı kifayət qədər çoxdur. Ona görə biz düzgün seçim edəcəyik. Yəni, demək istəyirəm ki, mən burada investisiyalarla bağlı qıtlıq görmürəm".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?