Prezident "Euronews" televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Prezident "Cənub Qaz Dəhlizi"nin əsas məqsədi "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Bu da Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb. Beynəlxalq maliyyə qurumlarının da Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə marağı böyükdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. 
Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var".
COP29-un bu il Azərbaycanda keçirilməsi respublikamızın günbəgün artan nüfuzundan və Azərbaycana olan böyük inam və etibardan irəli gəlir. COP29-un Azərbaycanda keçirilməsi respublikamız üçün eyni zamanda böyük məsuliyyətdir və bu il demək olar ki, çox həlledici ildir. Bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. 
Azərbaycan qazıntı yanacağı ilə zəngindir. Qazıntı yanacağı ilə zəngin olan və bu yanacaqdan maksimum istifadə edən ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. 
Onu da qeyd etməliyik ki, Azərbaycan neft-qaz satışından əldə etdiyi gəlirlərdən bərpaolunan enerjinin inkişafına sərmayə yatırmaq üçün istifadə edir.
Bütün dünyada bildiyimiz kimi iqlim dəyişikliyi gedir. Bu, Azərbaycandan da yan keçməyib. Xəzər dənizi getdikcə dayazlaşır, suyun səviyyəsi azalır, sanki dəniz geri çəkilir, çaylarda su azalır, bəzi çaylar isə demək olar ki, quruyur. Yayda, isti havalarda belə başı qarlı olan dağlarda qar azalır. Əgər tezliklə bərpaolunan enerjiyə keçilməsə, bu işlə ciddi məşğul olunmasa ağır fəsadlar olar,  həm də su qıtlığı yarana bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq.
Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq."
Neft, qaz Azərbaycanın sahib olduğu sərvətlərdir və respublikamızda bu sərvətdən indiyədək səmərəli istifadə olundu. Bu sərvətin ədalətli paylanması da təmin edildi. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi. İnfrastruktur inkişaf etdi, insanların həyat səviyyəsi yüksəldi. 
"Euronews" televiziyasına verdiyi müsahibəsinin sonunda dövlət başçısı qeyd etdi ki, "Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. 
Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək." 
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 05 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər sou xeberler xeberler bu gun xeberler bugun