Prezident haqsız rəqabətlə mübarizə aparılması barədə tapşırıqlar verdi
Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində əsas tənzimləyici çərçivə olacaqdır. Sənəd beynəlxalq praktika elmi prinsiplər və mövcud iqtisadi şərait nəzərə alınmaqla hazırlanıb.
KONKRET.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 5-də keçirilən iclasında deyib.
"Məcəllə layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyllərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Qanun layihəsi iqtisadi qanunauyğunluqlar çərçivəsində rəqabət neytrallığının təmin edilməsi, hökmran mövqe və bazar gücündən sui-istifadənin qarşısının alınmasına xidmət etməklə yanaşı, təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, rəqabət mühitinin qorunmasına və inkişaf etdirilməsinə xidmət edəcək.
Müşahidələr göstərir ki, azad biznes mühiti inkişaf etdikcə, iqtisadi tərəqqi ilə birlikdə bazar uğursuzluqları, inhisarçılıq meylləri, qanundan kənar iqtisadi fəaliyyətin miqyası da genişlənir və iqtisadiyyat üçün bir sıra risklər meydana gəlir. Qanunvericilik bazası adekvat olmadığı hallarda bu risklər iqtisadi fəaliyyətin pozulmasına və inklüziv inkişafının ləngiməsinə səbəb olur. Bu riskləri neytrallaşdırmaq üçün dövlət tənzimlənmənin səmərəliliyinin artırılması prioritet olmalıdır", – deyə M.Cabbarov qeyd edib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyev haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi qeyd edib və bununla mübarizə aparılması barədə tapşırıqlar verib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"