Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding" şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.
azxeber.com xəbər verir ki, "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Qonaq qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində tapşırıq verib. O, əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyərək, Azərbaycanla BƏƏ arasında uzunmüddətli uğurlu tərəfdaşlığın qurulduğunu vurğuladı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu ilin sentyabrında Azərbaycana, Qarabağa səfərini, həmçinin onunla ölkəmizdə və Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlətimizin başçısı siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğuladı, müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndiyini qeyd etdi, ölkələrimiz arasında qarşılıqlı dəstəyi yüksək qiymətləndirdi.
Bərpaolunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi.
Söhbət zamanı siyasi, iqtisadi-ticari, neft-qaz və digər istiqamətlərdə ikitərəfli əlaqələrimizin inkişafı vurğulandı.
Enerji infrastrukturu, bərpaolunan enerji, investisiyalar, informasiya texnologiyaları, mədən sənayesi və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Siyasi       Tarix: 07 dekabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir. xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycanl

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin aparıcı analitik mərkəzlərindən biri olan "Macdonald-Laurier" İnstitutunun (MLI) Xarici Siyasət, Milli Müdafiə və Təhlükəsizlik proqramını

Hindistanın XİN rəhbəri Azərbaycana gəlir

Hindistanın xarici işlər naziri Subramanyam Caişankar Azərbaycana səfər edəcək. xəbər verir ki, səfər çərçivəsində Hindistanın xarici işlər naziri bir sıra görüşlər keçirəcək. Bundan başqa, Subramanyam Caişankarın Azərbaycanı

Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR

Regionda radikal dini-ideoloji meyllərin güclənməsi, xaricdən idarə olunan təsir kampaniyaları və sərhədlərarası təhlükəsizlik riskləri Azərbaycan üçün ciddi problemlər yaradıb. Bu baxımdan Türkiyə ilə münasibətlərdə mövcu

Prezident qızları bir arada - Foto

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəs

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qloba

Mirzoyan: Ermənistan dəmir yollarının modernləşdirilməyə ehtiyacı var

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin dəmir yollarının gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Ermənistan-Rusiya komissiyasının işinin başa çatmasını gözləməyə çağırıb. Bu barədə "Sputni

Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan ilə Macarıstan arasında qanunvericilik və hüquq sahələrində mövcud səmərəli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosia

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığ


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber ən son xəbərlər en son xeberler bu gun cebheden xeberler