Prezident İlham Əliyev qələbəmizin memarıdır' - Deputat

Prezident İlham Əliyev qələbəmizin memarıdır' - Deputat"İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır. Tarixdə hər bir qələbənin öz müəllifi olur. Bizim qələbəmizin müəllifi isə yaratdığı güclü ordusu ilə müzəffər Ali Baş komandanımız, şəhidlərimiz, qazilərimizdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Prezident İlham Əliyev qələbəmizin memarıdır' - Deputat"Güc, milli güc kimi müxtəlif vasitələr lider olmadıqca sadəcə potensial hesab edilir. Potensial gücü isə həqiqi real gücə yalnız liderlər çevirə bilirlər. O da hər liderdə olmur. İlham Əliyev son 200 illik tariximizdə milli gücümüzün maddi-fiziki və mənəvi komponentlərinin elə bir vəhdətini yarada bildi ki, bu sözün əsl mənasında qarşısı alınmaz selə çevirildi. 21-ci əsrin çoxkomponentli hibrid müharibələrinə qarşı savaşmaq və qalib gəlmək yalnız bu şəkildə mümkün ola bilərdi. Biz istər 2003-cü ildən 2020-ci ilədək davam edən hücüm diplomatiyası, alt qatlarda sirli qalan strateji sükut dövründə, istər hərbi sənayemizin təşkili ilə birlikdə ordumuzun şəxsi heyətinin peşəkarlardan komplektləşdirilməsi mərhələsində, istərsə də, 44 günlük müharibə dövründə və ondan sonra davam edən postmüharibə və böyük qayıdış mərhələsində, hər addımda Prezident İlham Əliyevin imzasını görürük".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev təkcə hərbi qələbəmizin deyil, həm də siyasi diplomatik qələbəmizin müəllifidir:
"Bu günlərdə Zəfər bayramımızın 2-ci ildönümünü qeyd edərkən dönüb geriyə baxdıqda bir tərəfdə 30 illik məşəqqət, xalqımıza qarşı törədilən alçaq hərbi cinayətlər və soyqırımı digər tərəfdə isə 44 günlük müharibəmiz və ondan ötən iki il ərzində qalib xalq kimi  yaşadığımız milli qürur və sevinc günlərimiz var. Bu fərqi yaradan, bizə tarixi zəfərimizi bəxş edən məhz İlham Əliyev siyasətidir. Bu həqiqətlərin fərqində olarkən biz qələbəmizin necə böyük və necə şanlı olduğunu bir daha yenidən dərk edirik. Başa düşürük ki, biz nəyə görə və kimlər tərəfindən birinci Qarabağ savaşında uduzduq və eyni zamanda başa düşürük ki, İkinci Qarabağ savaşında qələbə əldə etmək nə qədər çətin bir iş imiş. Ona görə də qələbəmizin qalıcı və əbədi olması üçün milli həmrəyliyimizə sadiq qalmalı, dəmir yumruq ətrafında daha sıx birləşməliyik".
Ayşən Mirzəyeva

Siyasi       Tarix: 07 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı" - Prezident

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətləraras

Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Əhməd Vahidi bir neçə aylıq fasilədən sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıb. KONKRET.azxəbər verir ki, bu barədə "Associated Press"

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Paşinyandan yeni konstitusiya ilə bağlı - Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib. KONKRET.azxəbər verir ki, Paşinyan bu haqda Konstitusiya Günü münasibətilə xalqa müraciətində danışıb. O bildirib ki

"Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb" - Elman Nəsirov

Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi siyasətin əsas prioritetini dövlətin və xalqın maraqlarının qorunması təşkil edib. Milli maraqların qətiyyətlə müdafiəsi, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmi

Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi

Müasir dövrdə rəqəmsal texnologiyalar, süni intellekt, məlumat resurslarının idarə olunması və kibertəhlükəsizlik imkanları dövlətlərin inkişaf səviyyəsini və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdə

"Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir" - Partiya sədri

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların 87,7 faizi etimad göstərdiyini bildirib. . Sorğu iştirakçılarının 93,6 faiz

Paşinyan və Pezeşkian bir arada - FOTO

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Görüş zamanı Pezeşkian İran İslam Respublikasının mürəkkəb şəraitdə Ermənsta

Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik

Müasir memarlığın şah əsəri olan Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi şərəfinə Amerika bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, bunu Azərbaycan Prezidentini


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeberler bu gune olan xeberler cəbhədən son xəbər kriminal xeber