Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış oldu

Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub.
azxeber.com xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş olub.
Görüşdə Mişustin bildirib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə Moskva ilə Bakı arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.
Rusiya hökumətinin sədri pandemiyaya baxmayaraq, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın gücləndiyini də qeyd edib. O, kənd təsərrüfatı, infrastruktur, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq üçün böyük potensialdan danışıb. Mişustinin sözlərinə görə, Moskva rusiyalı sahibkarların Azərbaycanda biznes missiyalarının davam etdirilməsində maraqlıdır.
Baş nazir, həmçinin iki ölkənin koronavirusa qarşı birgə mübarizə apardığını da xatırladıb, Rusiyanın Azərbaycana test sistemləri ötürdüyünü, 220 min dozaya yaxın vaksin tədarük etdiyini və həkim briqadaları göndərdiyini qeyd edib.
Öz növbəsində İlham Əliyev bildirib ki, onun Moskvaya səfəri Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər tarixində qalacaq.
Dövlət başçısı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafına göstərdiyi şəxsi diqqətə görə Mişustinə təşəkkür edib.
Prezident əmin olduğunu bildirib ki, ikitərəfli ticarətdə artım potensialı tükənməyib və onun artması üçün ilkin şərtlər var.  "Bu şərtlər ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı zəmin yaradır", - İlham Əliyev əlavə edib.
İmzalanan bəyannamədən danışan Azərbaycan Prezidenti bunu ikitərəfli müqavilə-hüquq bazası portfelində xüsusi sənəd adlandırıb.
"Əminəm ki, bu, ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək", - deyə Azərbaycan lideri bildirib.

Siyasi       Tarix: 23 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


yeni xeberler azerbaycan xeberleri son xeberler iqtisadiyyat xeberleri bugun qurban bayrami 2026 bu gunun xeberleri haqqinda melumat bu gunun xeberleri