Prezident İlham Əliyevdən Makrona DİPLOMATİK SAVAŞ - Əziz Əlibəyli ilə ÖZƏL
"Praqa görüşü onunla yadda qaldı ki, Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün tanınmasına ciddi qatqısı oldu. Bu ilk dəfədir baş verir. Yəni, bu günə qədər ərazi tanınmaları ilə bağlı anlayışlar ümumi olub".
KONKRET.az üçün danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, Alm-Ata bəyannaməsi və BMT nizamnaməsi əsasında ərazilərin tanınması Azərbaycan torpaqlarının işğal olunmasından sonra baş verən ilk hadisədir:
"Bu mənada hesab etmək olar ki, Qarabağ məsələsi daxil, ərazi bütövlüyümüzün təminatı vacib nüansdır. Bu isə dərhal sonra son narazılıq yaradan məsələlər üzərində müzakirələrə imkan verəcək. Azərbaycan 12-14 sentyabr olaylarında hansı ərazidə yer alıbsa, orda da qalmalı oldu".
Praqa görüşünün özəlliklərindən danışan beynəlxalq məsələlər üzrə mütəxəssis Azərbaycan Prezidentinin fransalı həmkarına qarşı ciddi diplomatik savaş verdiyini də xatırladıb. Və bu diplomatik savaş Makron üzərində qələbə ilə başa çatıb:
"Bundan sonrakı proseslərdə biz görəcəyik ki, Praqa sammitində qəbul olunmuş qərarlar müəyyən planın həyata keçirilməsində çox önəmli rol oynaya biləcək. Hesab edirəm ki, Praqada ən önəmli məsələ Ermənistanın etirafı və konkret gələcəyə yönəlmiş pozitiv addımların atılmasına şəraitin yaradılması oldu", – deyə Əziz Əlibəyli fikrini tamamlayıb.
Anar Rəhimov,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü