Prezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıb

Prezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbDünyanın nüfuzlu mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında və "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdəki çıxışından əsas məqamları işıqlandırıb.
azxeber.com xəbər verir ki, Türkiyənin "Haber Global" televiziya kanalı Prezident İlham Əliyevin Davosda "Euronews" televiziyasına müsahibəsi barədə reportaj hazırlayıb. Videomaterilada Dövlət başçısının regionda və dünyada baş verən hadisələr barədə söylədiklərinə, xüsusilə Azərbaycanın Cənubi Qafqazda sülh üçün atdığı addımlara, Avropa Parlamentinin Rəsmi Bakıya qarşı qərəzli iddialarına dair fikirlərinə diqqət ayırıblar:

"Biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər", - deyə Azərbaycan lideri bildirib.
Prezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıb "Kazinform" agentliyi Prezident İlham Əliyevin Bakı və İrəvanın çoxillik münaqişə səhifəsini bağlamaq və dayanıqlı sülhə keçmək üzrə tarixi qərar qəbul etdikləri barədə sözlərini sitat gətirib. "Nur.kz saytı" Azərbaycan Prezidentinin "Euronews" telekanalına verdiyi müsahibədən sitatlar dərc edib. Müsahibədə dövlətimizin başçısı Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. "Inbusiness.kz" və "Ulysmedia.kz" saytı Prezidentin Qazaxıstandan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin artıq aradan qaldırıldığı barədə bəyanatına yer verib.
Prezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbTürkiyənin "Anadolu", "İhlas" xəbər agentlikləri, Rusiyanın "Kommersant", "Komsomolskaya pravda", "Vedomosti", "Vesti", "Qazeta" qəzet və portalları, "TASS" xəbər agentliyi, ərəbdilli "lebanon24", "Al bayader" portalları"nın məqalələrində Azərbaycan liderinin çıxışlarına istinadən vurğulanıb ki, ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.
Prezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbDövlət başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. "Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
"gulfpress.net", "inkl.com", "indexbox.io", "alsaudiapress.com" portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq hüquq, Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının geosiyasi aspektləri barədə fikirlərinə yer ayırıblar. Qeyd edilib ki, Avropanın enerji təchizat mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan Avropa enerji bazarlarında sürətlə mühüm oyunçuya çevrilib.
Prezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbRusiyanın "mk.ru", "vesti.ru", "life.ru", "Komsomolskaya pravda", "Vzqlyad" kimi portal və qəzetlərdə Prezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun baş verə biləcəyinə dair fikri manşetə çıxarılıb.
Qeyd edək ki, "interfax.ru", "Kommersant", "lenta.ru", "izvestiya.ru" və "vedomosti.ru" saytları məqalələrini "Report"a istinadən yayıblar.
Prezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbPrezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbPrezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbPrezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbPrezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbPrezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbPrezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbPrezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıbPrezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıb

Siyasi       Tarix: 22 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

"Vardanyanın rəhbərlik etdiyi bankı "camaşırxana" adlandırıblar" - Deputat

Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı amerikalı risk tədqiqatçısı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq, onun Ruben Vardanyanı dəstəkləməsini və Vardanyan həbsdə olduğu müddətdə Bakıd

Hörmüz boğazının açılması üzrə danışıqlarda irəliləyiş əldə olundu

Hörmüz boğazının işinin bərpa edilməsi ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə olunub, lakin hələ ki yekun razılaşma imzalanmayıb. Bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib. xəbər verir ki

İran çox ağır zərbə alıb

İsrailin Baş naziri Benyamin Netanyahu İranın artıq əvvəlki gücündə olmadığını və ölkənin ağır zərbə aldığını bildirib. xəbər verir ki, Netanyahu bu barədə "CBS News"a müsahibəsində danışıb. "İran artıq əvvəlk

ABŞ və İran arasında kritik 48 saat

ABŞ və İran arasında avqustun 7-si, cümə gününə qədər razılaşmanın əldə olunma ehtimalı 50 faiz təşkil edir. xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb. Mənbənin bildirdiyinə görə, ehtimal olunan müvəqqət

Prezidentin Qırğızıstan səfərindən - Görüntülər

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:

İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. İsveçrə Konfederasiyasını

Ermənistan parlamentinin ilk iclası yarımçıq qaldı - Sədr seçilə bilmədi

Ermənistanın 9-cu çağırış Milli Məclisinin birinci sessiyası avqustun 3-də işini davam etdirəcək. KONKRET.azxəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Məlumata görə, sessiya avqustun 2-si səhər saatlarınd

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım

Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün 50 milyondan çox insan üçün Azərbayca

Bakı və Bişkek arasında mühüm fond: 200 milyon dollar

Azərbaycan Prezidentinin Qırğızstana səfəri zamanı əldə edilən razılaşmalardan biri də Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə idi. Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar xeber.az son xeberler ən son xəbərlər bugün sonxeber