Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir

Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir"Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il İkinci Qarabağ savaşının başlandığı gün-sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd ediləcək. Bu günün şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd edilməsi təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu. Vətən müharibəsinin davam etdiyi günlərdə xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində Azərbaycanın danışıqlar masası ətrafında hansı şərtlər daxilində oturacağını bəyan edən dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın diz çökəcəyini, gec-tez yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı.
Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin möhtəşəm hərbi-siyasi Qələbəsini, Ermənistanın biabırçı məğlubiyyətini təsdiqləmiş oldu. 44 günün hər anının tələbi, əsas çağırışı bu idi ki, bütün torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Başqa cür ola da bilməzdi. Çünki təcavüzün davam etdiyi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda qurulan keçilməz istehkamlar, Ermənistanın qeyri-qanuni yollarla silahlandırılması Azərbaycana qarşı qurulan bir çox çirkin planlara aydınlıq gətirmişdi. Şübhəsiz, sülh danışıqları adı altında müharibəyə hazırlıq görən, himayədarları tərəfindən durmadan silahlandırılan Ermənistan hər halda belə hiyləgər addımlarının özü üçün ağır sonluqla başa çatacağını anlamamış deyildi. Ona görə ki, Azərbaycan daim ən yüksək tribunalardan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə variantına əl atmağa məcbur olacağını bəyan edəndə Ermənistan və onun havadarları bunu Azərbaycanın sülh danışıqlarından imtinasi kimi təqdim edirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi onların bu mifini də darmadağın etdi. Tarixi torpaqlarımızda işğalçı Ermənistan ordusunu məhv edərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qisasını alaraq 30 ilə yaxın yolumuzu gözləyən doğma Qarabağımıza qalib kimi qayıtdıq. Bu gün tarixi ərazilərimizdəyik və doğma torpaqlarımızda əbədi olacağıq."
Azxeber.com xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, hər zaman xalqına güvənən, onun dəstəyinə arxalanan Prezidentə xalqın sonsuz məhəbbəti şəksizdir: "Vətən müharibəsinin davam etdiyi 44 gündə xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli birlik və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasına çevrildi. Ölkə Prezidenti xalqın dəmir yumruq kimi birliyinin təminatçısı oldu. Siyasətdə, döyüş meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfərimizin müəllifi kimi adını tarixə əbədi yazdı. Ölkə Prezidentinin möhtəşəm Qələbəmizlə başa çatan postmüharibə dövrünün ilk günlərindən başlayaraq işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının bu müqəddəs torpaqlarımızı ziyarət etməsi kimi dəyərləndirilir. Bu səfərlər çərçivəsində Prezident İlham Əliyev diqqəti 30 illik işğal dövrünün reallıqlarına, bir çox aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara söykənən siyasətinə, Ermənistanın ona edilən havadarlıqdan daha da ruhlanaraq yeni ərazilərlə bağlı müharibə planları hazırlamasına yönəldərək bu addımların sonda işğalçı dövlətin diz çökməsi ilə nəticələnməsini böyük qürur hissi ilə qeyd edir. Bildirir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində beynəlxalq səviyyədə tanınan ərazilərimizdən Ermənistanın işğalçı qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qurumun çox mühüm siyasi bir jesti idi. Lakin əfsuslar olsun ki, 30 ildə bu qətnamələr icra olunmadı. Dövlət başçısı BMT tribunasından daim Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini qaldıraraq bəyan etmişdir ki, bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin Azərbaycana gəldikdə isə onların icrası nədənsə "yaddan çıxır." Azərbaycan cəmiyyətini daim ciddi narahat edən əsas məsələ bu qətnamələri qəbul edən, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçünün- ABŞ, Fransa və Rusiyanın artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi öz vəzifələrinə biganə yanaşmaları, əksər hallarda təcavüzkarın yanında olmaları idi. Onların həmsədr ölkə missiyalarını ona görə keçmiş zamanda qeyd edirik ki, münaqişə artıq başa çatmışdır və bu günün reallığında 28 ildə mandatına uyğun addım atmayan qurumun fəaliyyətinə ehtiyac yoxdur. Çünki Minsk qrupu ötən 28 ildə çox imkanları əldən verib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibənin baş verməsinə görə məsuliyyət təkcə Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür."
YAP Xətai rayon təşkilatının sədri bu fikri böyük qürur hissi ilə qeyd edib ki, bu gün artıq Azərbaycan diktə edən tərəfdir və Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur: "Dövlət başçısı işğalçı Ermənistanın ona təklif olunan sülh təklifinə laqeyd münasibətinə qarşı bu bəyanatı səsləndirir ki, əgər sülh müqaviləsi imzalanmasa, peşman olan tərəf Ermənistan olacaq. Çünki Azərbaycan bu təklifi masa üzərində əbədi saxlamalı deyil."
"Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini ortaya qoydu" söyləyən V. Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsinin qalibi olan rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı bütün çıxışlarında Ermənistana və havadarlarına mesajlar verir. Dövlət başçısı hər dəfə onlara xatırladır ki, "dəmir yumruq" yerindədir.
V. Rəhimzadə vurğulayıb ki, bütün dünya bu reallığın şahididir ki, Prezident İlham Əliyev Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsini uğurla icra edir: "Dövlət başçısının iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da 30 ildən artıq davam edən münaqişənin tarixə qovuşduğunu, Cənubi Qafqaz regionunda yeni geosiyasi səhifənin açıldığını təsdiqləyir. Tezliklə Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın dövlət başçısının təklif etdiyi yeni əməkdaşlıq formatının yaranması üçün real zəmin yaratmış olacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işləri Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yaxınlaşdırmaqla 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərin uğurla reallaşacağına əminliyi artırır."

Siyasi       Tarix: 22 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır - Prezident

ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunu

Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib. xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçə

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO

İyulun 9-da müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfir

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynay

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB

Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarə

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cebheden xeber son xeberler az cəbhədən son xəbərlər 2026