Prezident Polşa səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO

Prezident Polşa səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTOPrezident Polşa səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Rafal Poborski fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Rafal Poborski deyib: "Cənab Prezident, məni Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir olaraq akkreditə edən etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Zati - aliləri, ümid edirəm ki, mənim missiyam Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərini gücləndirəcək".
Rafal Poborski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev deyib:
"Xoş gəlmisiniz, cənab səfir, sizi görməyə çox şadam. Azərbaycandakı fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Əminəm ki, sizin görəcəyiniz çox işlər var. Çünki ölkələrimiz arasında münasibətlər inkişaf edir və biz çox güclü siyasi əlaqələr yaratmışıq. Mən məmnunluqla ölkənizə rəsmi səfərimi və Prezident Dudanın Azərbaycana səfərini xatırlayıram. Biz ikitərəfli əməkdaşlığımızla bağlı çoxşaxəli məsələləri müzakirə etmişik. Bu ilin yanvarında biz Davosda görüşümüz zamanı tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqlədiq. Bizim üçün Polşa çox vacib tərəfdaş və dost ölkədir. Uzun illər ərzində ölkələrimiz arasında sıx dostluq münasibətləri inkişaf etmişdir. Ötən illər ərzində çoxsaylı təmaslarımız olub. Şadam ki, hazırda biz təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də inkişafı görürük. Bildiyiniz kimi, bizim Mərkəzi Avropa üzrə regional ticarət nümayəndəliyimiz Polşada yerləşir. Bu fakt onu göstərir ki, dünyanın bu regionunda sizin ölkənizi əsas ticarət tərəfdaşımız hesab edirik. Əminəm ki, qarşıdakı illərdə bizim əlaqələrimiz inkişaf edəcək. Prezident Duda ilə birlikdə bu ilin yanvarında gələcək planlarımızı müzakirə etmişik. Mən Sizə uğurlar arzulayıram".
Səfir Rafal Poborski deyib:
"Təşəkkür edirəm, Zati - aliləri. İkitərəfli münasibətlərimiz barədə ətraflı söylədikirlərinizdən sonra nəyisə əlavə etmək çətindir. İcazə verin deyim ki, mən dostluq münasibətlərimizi gücləndirmək üçün Prezidentimiz tərəfindən buraya göndərilmişəm. Bilirəm ki, hər iki Zati - alilərinin bir-biri ilə çox yaxşı təmasları var. Siz çox tez-tez görüşürsüz. Bizim ikitərəfli münasibətlərimizin təməl aspektlərini çox yaxşı vurğulayırsınız. Mən Polşadakı həmkarlarımın köməyi ilə həm ikitərəfli siyasi dialoqumuzun inkişafına töhfə vermək, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün əlimdən gələn və mümkün olan hər şeyi etməyə çalışacağam. Hər iki ölkə region üçün çox əhəmiyyətlidir. Biz nəqliyyat qovşaqlarından faydalanmaq üçün çox yaxşı mövqedəyik. Biz çox böyük məmnuniyyətlə Sizin enerji siyasətinizdəki nailiyyətlərin şahidi olmuşuq. Bilirəm ki, bununla bağlı şirkətlərimiz arasında dialoq aparılır. Ümid edirik ki, bu, uğurlu layihələrlə nəticələnəcək, birlikdə hər iki tərəf faydalana biləcək. Əlbəttə, mədəni əlaqələrin və xalqlar arasında təmasların yaradılması sahəsində çox yaxşı perspektivlər mövcuddur. Ümid edirik ki, paytaxtlarımız arasında birbaşa uçuşlar açılacaq. Bu layihənin həyata keçməsi üçün də əlimdən gələni edəcəyəm".
Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
11:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Prezident Polşa səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTOPrezident Polşa səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTOPrezident Polşa səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTOPrezident Polşa səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTOPrezident Polşa səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 02 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar kriminal cəbhədən yeni xəbərlər cebheden xeber