Prezident: 'Qırğızıstan-Azərbaycan dostluq parkının açılışı rəmzi məna daşıyır
"Qırğızıstan-Azərbaycan dostluq parkının açılışı rəmzi məna daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm".
azxeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində söyləyib.
"Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin xəyallarını, onun şəhərsalma üzrə, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük. Bizim təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz oldu. Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılığı barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur", - dövlətimizin başçısı bildirib.
Sabah Qırğızıstan Prezidenti Sadır Japararovla birlikdə Azərbaycan xalqının böyük oğulları Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəblərdə keçiriləcək tədbirlərdə iştirak edəcəklərini qeyd edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanda görkəmli liderlərimizə, xadimlərimizə, onların xatirəsinə bu cür münasibət yüksək dəyərləndirir, bunu qardaşlığın təzahürü kimi qiymətləndirirlər.
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü