Prezident tarixçilər qarşısında yeni çağırışlar qoydu - ŞƏRH

Prezident tarixçilər qarşısında yeni çağırışlar qoydu - ŞƏRH Prezident tarixçilər qarşısında yeni çağırışlar qoydu - ŞƏRH
Ermənistanın işğalçılıq siyasətinin mahiyyətindəki doktrinalar əhatə dairəsinin genişliyi ilə fərqlənir.
İşğalçılığın nəzəri və praktiki metodologiyasında təkcə ərazi iddiaları yox, həm də tarixi saxtalaşdırmaq, yer adlarını özününküləşdirmək, mədəniyyət abidələrini dağıtmaq, vandallıq siyasəti dayanır.
Bugünkü Ermənistanın ərazisinin özü də vaxtilə Azərbaycan torpaqları olub, amma zaman-zaman ermənilər hər şeyi özəlləşdirib, öz adlarına çıxarmağa çalışıblar.
Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında deyib ki, Ermənistan Respublikasının qədim Azərbaycan torpağı olmasını anlamaq üçün XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir.
"Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir", - deyə Prezident əlavə edib.
Ölkə başçısı bildirib ki, Ermənistanda tarixi Azərbaycan şəhərlərinin, kəndlərinin adları dəyişdirilib.
Toponimlər xalqın milli-tarixi kodunda mühüm yer tutan sərvətdir.
Ermənilər isə Azərbaycan xalqına məxsus olan bu sərvəti mənimsəyərək, mədəni terroru da həyata keçirirlər.
Azərbaycan toponimlərinin erməniləşdirilməsi siyasətinə dair bəzi rəqəmləri sadalamaq yerinə düşər.
1918-1920-ci illərdə Ermənistan ərazisindəki türk mənşəli adlar dəyişdirilib. Molla Dursun Şaumyan, Yuxarı Ağdam Qanzakar, Tamamlı Burastan adlandırılıb.
Ermənistan SSR-nin rəsmi qərarı ilə 1924-1930 illər ərzində tarixi Azərbaycan torpaqlarında 80 toponimin adı dəyişdirilib.
Lakin bu qərar əsl mahiyyəti pərdələmək məqsədi daşıyırdı. Ermənistanda belə bəhanə gətirirdilər ki, həmin yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir.
Toponimlərin dəyişdirilməsi prosesi sonrakı illərdə üzdə "konstruktiv" əsaslarla, əslində isə dağıdıcılıq və etnik təmizləmə siyasətinə zəmin hazırlamaq məqsədilə aparılırdı.
Erməni vandalizmi 1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması ilə nəticələndi, bununla paralel isə Qarabağda erməni separatizmi tüğyan etməyə başladı.
"Türksüz Ermənistan" uğrunda mübarizə aparan ermənilər və onların ideoloqları, etnik təmizləmə əməliyyatını 1991-ci il avqustun 8-də Mehri rayonunun ən böyük kəndlərindən biri - Nüvədi kəndini soyqırımına məruz qoyaraq başa çatdırdı. Ümumilikdə 260 mindən çox azərbaycanlı öz dədə-baba torpaqlarından qovuldu – bu isə Ermənistanın millətçilik doktrinasının təzahürləridir.
Prezident İlham Əliyev tarixi faktlara diqqət çəkməklə Ermənistanın iddialarının və fantaziyalarının sonsuz olmasına işarə edib.
Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin aqibəti də acınacaqlı aqibət yaşayıb.
Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mədəni irsə dəymiş ziyanla bağlı məlumatlarında bildirilir.
Dağıdılmış arxitektur abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi olan "Sərdar sarayı" və ya "Xan sarayı" saraylar kompleksi də var. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib. Ermənistanda Cəfərabad (ermənilər buranı Argavand adlandırıblar) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan qaldırılması üçün üzərində ərəb dilində yazılmış "Pir Budaq xanın hakimiyyəti dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir" sözləri silinərək, abidənin adı "Türkmən Əmirləri ailəsinin mavzoleyi" adlandırılıb.
Həmçinin, Ermənistanda olan qədim və yeni Azərbaycana məxsus qəbiristanlıqlar məhv edilib.
Göründüyü kimi, işğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin təhrif edilməsi məqsədilə dəyişdirilib.
Prezident İlham Əliyevin çıxışı daxili auditoriyanın bilgilərini artırmaq, xüsusilə tarixçilərin yeni tədqiqatlar aparmaq çağırışını ortaya qoyur.
"Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər", - deyə Prezident bildirib.
İlham Əliyevin tarixlə bağlı çıxışının nüvəsində dayanan digər mesajlar həm də beynəlxalq ictimaiyyətə xitab edir.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 07 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığ

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpus

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyildi. Forum göstərirdi ki, Azərbaycan artıq qlobal məsələlər haqqında təkcə danışan deyil, həmin beynəlxalq müzakirələrin keçirildiyi platformalar

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Tramp Əliyevin sözlərini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışına həsr olunmuş "Breitbart News" məqaləsinə keçid paylaşıb

Müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik – Prezident

Azərbaycan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbu


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal xeber dunya xeberleri sonxəbər