Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi - FƏRMAN
Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi - FƏRMAN
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq fərmanimzalayıb.
Əsasnamənin beşinci maddəsi yeni redaksiyada verilib. Fərmana əsasən, nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
Bu vaxta qədər isə nazirliyin saxlanılması xərcləri Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilirdi.
Fərmanla Əsasnaməyə 13.4-1-ci və 13.4-2-ci bəndlər əlavə edilib.
Bununla da, Təhsil nazirinə nazirliyə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək səlahiyyəti də həvalə olunub.
Həmçinin nazir, dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək.
Ayrılan vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu