Prezident Türkiyənin milli müdafiə nazirini qəbul etdi

Prezident Türkiyənin milli müdafiə nazirini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində "Mustafa Kamal Atatürk – 2023" Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olundu.
Türkiyə Respublikasının milli müdafiə naziri bu təlimlərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğuladı.
Söhbət zamanı Azərbaycanın və Türkiyənin dövlət başçılarının mütəmadi görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edildi.
Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Siyasi     Baxılıb: 182   Tarix: 25 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLAR

ABŞ vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.  AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezident

Prezident ailəsinin Münxendən səmimi - Fotoları

Xəbər verdiyimiz kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələr keçirilib.  xəbər verir ki, Prezidenti İlham Əliyev

Azərbaycan Prezidenti nüfuzlu dünya lideridir - VENS

Azərbaycana səfər etdiyim üçün çox şadam.  xəbər verir ki, bunu Azərbaycana səfərini başa vuran ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens aeroportda jurnalistlərə açıqlamasında bildirib. O, Azərbaycan Prezidenti ilə bir sır

DTX onları axtarışa verdi - RƏSMİ

Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkd

İlham Əliyev: Yeni dünya nizamı 'kim güclüdür, o da haqlıdır' anlamına gəlməməlidir

Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur.  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münhendə Azərbayca

Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib?

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 12-də Bakıya səfəri zamanı rəsmi proqramdan kənara çıxıb. KONKRET. -a istinadla xəbər verir ki, vitse-prezident rəsmi görüşləri başa çatdırdıqdan sonra hava limanına yollanarkə

Prezident məmurlara bu tapşırıqları verdi

"Bu gün təqdimatda əsas məsələlər göstəriləcək. Ondan əvvəl bəzi fikir və tapşırıqlarımı diqqətinizə çatdırmaq istərdim. Birinci növbədə, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burad

İlham Əliyev 'The Goldman Sachs Group Inc.' şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.  xəbər verir ki, görüşdə ölkəmizlə şirkə

Bakı və İrəvan hazırlıq mərhələsində: Seçkilərdən əvvəl sülh, yoxsa...?

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyinə salınıb. Bəs sülh müqaviləsinin seçkilərdən əvvəl imzalanması real görünürmü


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi şou biznes xəbərləri axsam az xeberler xeber.az bu gun