Prezident vəzifəli şəxslərə xəbərdarlıq edir – ŞƏRH

Prezident vəzifəli şəxslərə xəbərdarlıq edir – ŞƏRHPrezident vəzifəli şəxslərə xəbərdarlıq edir – ŞƏRH
Dünyanı cənginə alan koronavirus pandemiyası beynəlxalq iqtisadiyyatı durğun hala gətirir, iqtisadi-maliyyə qurumlar ciddi itkilərlə üzləşirlər.
Pandemiyanın təsirləri Azərbaycandan da yan keçmir, lakin itkilərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər və dövlətin sosial-iqtisadi paketləri də öz səmərəsini verir.
Səhiyyə sahəsinin üzərinə düşən ağırlığın aradan qaldırılması və Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli xəstəxanalar tikilir.
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib.
İlham Əliyev deyib ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi vüsət alıb.
Dövlət başçısı bu məqsədlər üçün böyük vəsait ayrıldığını, bütün imkanların səfərbər edildiyini xatırladıb.
"Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılıb. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılıb. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilib. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir", - deyə Prezident əlavə edib.
Qeyd edək ki, COVID ilə mübarizədə ölkənin səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyaların sayı böyük dərəcədə - bir neçə dəfə artırılıb.
Pandemiya başlayanda Azərbaycanda cəmi altı laboratoriya var idisə, bu gün həmin laboratoriyaların sayını 45-ə çatdırılıb.
Prezident İlham Əliyev bildirib ki, ölkədə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir:
"Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin".
Səhiyyə sahəsi ilə paralel olaraq sosial sahədə də dövlət dəstəyinin davam etdirilməsi hökumətin ən mühüm addımlarından biridir.
Ölkə üzrə beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib.
"Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir", - deyə İlham Əliyev söyləyib.
Ölkə başçısı onu da əlavə edib ki, Azərbaycanda görülmüş tədbirlər nəticəsində yeddi ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb.
Məsuliyyət faktoru koronavirusla mübarizədə önəmli məsələdir, dəfələrlə Prezident İlham Əliyev vətəndaşları məsuliyyətli olmağa çağırıb.
Son zamanlar Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra vətəndaşların aktivliyinin artması nəticəsində koronavirusa yoluxma hallarında artım müşahidə edilir.
Bu zamana qədər Azərbaycanda 36578 nəfər koronavirusa yoluxub, onlardan 536 nəfəri ölüb, 33977 nəfəri isə sağalıb.
Bununla belə hazırda ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır.
Dünya üzrə koronavirusa yoluxma dinamikasında yenidən artım nəzərə çarpır, bu isə təbii ki, Azərbaycan dövlətini də düşündürür.
Prezident çıxışında qeyd edib ki, bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım Azərbaycanı daha ehtiyatlı addımların atılmasına sövq edir.
Pandemiya dövründə Azərbaycan dövlətinin bir nömrəli prioriteti vətəndaşların sağlamlığının qorunmasıdır, əlbəttə ki, əhalinin məsuliyyəti effektiv nəticənin əldə olunmasında həlledici rola malikdir.
İlham Əliyev bu məqsədlə bir daha vətəndaş məsuliyyətini önə çəkərək bildirib:
"Bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Çünki dövlət üzərinə nə düşübsə, onu edib - qeyd etdiyim addımlar, ayrılan vəsait. Hətta baxmayaraq ki, dünyada neftin qiyməti hələ də aşağı səviyyədədir və iqtisadi sahədə tənəzzül var, biz büdcəmizi artırmışıq. Büdcəmizə əlavələr edildi, büdcə dürüstləşməsi aparıldı və bunun əsas məqsədi pandemiyaya qarşı mübarizədə daha da səmərəli addımların atılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir".
Azərbaycanda qanunun aliliyi prinsipi karantin rejimi dövründə də özünü büruzə verdi. Tutduğu vəzifəsindən, ictimai statusundan asılı olmayaraq karantin qaydalarını pozan yüksək vəzifəli şəxslərin cəzalandırılması bunun əyani sübutudur.
Ölkə başçısı söyləyib ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır.
"Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək".
Prezidentin çıxışlarından gəlinən nəticə budur ki, Azərbaycan dövləti vətəndaşları düşünür, onların sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir. /oxu.az

Siyasi       Tarix: 02 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib. -ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Ərdoğan mərhum dövlə

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. . xəbər verir ki, foto IV Şuşa Qlobal Media forumunun kuluarlarında çəkilib. "Azərbaycan Prezidenti İlham Əliyevl

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber cəbhədən son məlumatlar en son xəbərlər bugün cebheden xeberler