Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı FƏRMAN

Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı FƏRMANPrezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı FƏRMAN
"Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında"  Prezidentin 2012-ci il 24 aprel tarixli 613 nömrəli fərmanında dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Həmin fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" yeni redaksiyada təsdiqlənib.
Həmçinin, "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nda dəyişiklik təsdiq olunub.
Nazirlər Kabinetinə tapşırılıb ki, "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın 10.40.37-ci bəndinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması qaydasını Prezidentlə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin.
Həmçinin, həmin qaydaların 14.4-cü bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiqləməlidir.
Nazirlər Kabineti Qaydaların 17.5-1-ci bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydasını Prezidentlə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.
Həmin Qaydaların 3.12.22-1-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində yüklərin və poçt göndərişlərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Həmin Qaydaların 7.1-3-cü bəndinə uyğun olaraq, hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti həmin Qaydaların 10.40.2-ci yarımbəndinə uyğun olaraq, mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.
Bundan başqa fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə isə aşağıdakılar tapşırılıb ki, "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın 10.30.2-1-ci yarımbəndinə uyğun olaraq, sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi qaydasını təsdiqləməlidir.
Nazirliyə tapşırılıb ki, həmin Qaydaların 14-6.5.2-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması metodikasını təsdiq etsin.
Bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək üçün zəruri tədbirlər görməlidir.

Siyasi       Tarix: 18 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az