Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev kimdir?
Prezident İlham Əliyevin Sərəncam ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Maqsud oğlu Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Emil Qarayev 1984-cü ildə Bakı şəhərində anadan olub.
2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisasını magistr pilləsi üzrə bitirib.
2005-2006-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olub. 2006-2009-cu illərdə "Deloitte Touche" MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.
2019-cu ilin may-iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul-avqust aylarında baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.
2020-2021-ci illərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi olub. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Milli Məclis Prezident və xanımını təbrik etdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı