Prezidentin Ermənistana müharibə mesajı - TƏHLİL

Prezidentin Ermənistana müharibə mesajı - TƏHLİLPrezidentin Ermənistana müharibə mesajı - TƏHLİL
Dağlıq Qarabağ münaqişəsində dünya ictimaiyyətində yekdil rəy formalaşır, bu isə son illər Azərbaycan diplomatiyasının hücum praktikasına söykənən səylərinin nəticələridir.
Münaqişə ilə bağlı tarixi həqiqətlər, siyasi və hüquqi əsaslar, dünyanın ən nüfuzlu təşkilatları və  ölkələri tərəfindən verilən bəyanatlar Azərbaycanın diplomatik üstünlüyünü nümayiş etdirir.
Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edərkən deyib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir.
"Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar veriblər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir", - deyə Prezident söyləyib.
Azərbaycanın diplomatik üstünlükləri, iqtisadi potensialı hərbi sahədə də əhəmiyyətli fərq yaradır.
Azərbaycanın 2016-cı ilin Aprel zəfərinin Ermənistanın hərbi-siyasi dairələrində, erməni cəmiyyətində yaratdığı xofun izləri silinməmiş 2018-ci ilin mayında rəsmi Yerevan daha bir zərbə ilə silkələndi.
Həmin vaxtlar Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan ordusunun nəzarəti altına keçdi.
2019-cu il ərzində Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqelərinin 1,5-1,7 kilometr irəli çəkilməsi Azərbaycan ordusunun əziciliyi altında inildəyən Ermənistan hakimiyyətinin cəmiyyətdə mövqeyini darmadağın etdi.
Azərbaycan və Ermənistan orduları arasında qüvvələr balansında, döyüş hazırlığının səviyyəsində də kəskin fərqlər  özünü göstərir.
Azərbaycan ordusunu güclü edən amillərdən biri də dövlətin müdafiə xərclərini gücləndirməsi ilə əlaqədardır.
Azərbaycanın 2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə 3 milyard 853 milyon 587 min 721 manat xərc nəzərdə tutulub. Bu isə 2019-cu illə müqayisədə çoxdur.
Ermənistanın isə 2020-ci il üçün hərbi büdcəsi 634 milyon dollardır.
Nüfuzlu "Global Firepower" təşkilatının 2020-ci il üçün reytinqində Azərbaycan ordusu 138 ölkə arasında 64-cü yerdə, Ermənistan isə 111-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, "Global Firepower" hərbi güc və maliyyə baxımından maddi-texniki imkanları  qiymətləndirir. Bu zaman müəyyən bir ölkənin hərbi nüfuzunu 50-dən çox indikatordan istifadə etməklə dəyərləndirir.
Azərbaycanın hərbi-texniki əməkdaşlıq etdiyi ölkələrin siyahısı da çoxdur. Ermənistan ən çox Rusiya hesabına silaha olan "aclıq" tələbatını qarşılayırsa, Azərbaycanın Rusiya ilə yanaşı, İsrail, Türkiyə, Çexiya, Belarus, Pakistan, Ukrayna kimi tərəfdaşları var.
Ermənistan ordusunun arsenalında olan silahların çoxu köhnədir, Azərbaycan isə ən müasir raket, hava hücumundan müdafiə sistemlərini, tankları, kamikadze dronları silahlanmaya daxil edib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın potensialına diqqət çəkərək deyib ki, ölkəmiz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüdür.
"Bunu göstərmişik, o cümlədən, döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik", - deyə Prezident Aprel zəfərindən danışıb.
Dövlət başçısı çıxışındakı Qarabağ münaqişəsi ilə bağlı məqamlar iki cəhətdən çox önəmlidir.
Birincisi, İlham Əliyev Azərbaycanın siyasi və hüquqi baxımdan mövqeyinin mükəmməl, Ermənistanın mövqeyinin qüsurlu olduğunu deməklə rəsmi Yerevanın beynəlxalq aləmdə təkləndiyini ifadə edir.
İkincisi, Prezidentin Azərbaycan ordusunun gücündən danışması Ermənistana növbəti xəbərdarlıqdır. O baxımdan ki, Ermənistan əgər sülh yolu ilə işğal etdiyi ərazilərdən geri çəkilməsə, Azərbaycan daha sərt tədbirlərə əl atacaq.
"Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin", - deyə Prezident bildirib.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 05 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber