Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
Azərbaycan coğrafi mövqeyinə görə Şimal və Cənub, Şərq və Qərb arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda Orta Dəhlizlə bağlı keçirilən panel müzakirədə bildirib.
O qeyd edib ki, Azərbaycan regional dəhlizlərə investisiyalar yatırır: "Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ölkəmiz regional dəhlizləri inkişaf etdirir. Dəhlizlər təkcə yük daşımalar deyil, həm də enerji və rəqəmsal əlaqələr baxımından mühümdür".
Şahmar Mövsümov qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TAP və TANAP-la 16 ölkəyə təbii qaz ixrac edir.
Prezidentin köməkçisi Azərbaycanın həyata keçirdiyi digər əməkdaşlıq layihələri barəsində danışıb və Bakının Orta Dəhlizin şaxələndirilməsinə verdiyi töhfəyə diqqət çəkib.
apa / azxeber.com

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK