Prezidentin köməkçisi: 'Azərbaycanın incisi olan Şuşa bərpa mərhələsindədir
"Bu gün dövlətimizin əsas vəzifələri beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaq, sülhyaratma, azad edilmiş torpaqları daha da inkişaf etdirməkdir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
"Bu gün biz Azərbaycanın incisi olan Şuşadayıq. Hazırda Şuşa bərpa mərhələsindədir. Azərbaycan BMT üzvlüyünə qəbul olunduğu gündən bu yana beynəlxalq hüququn başlıca prinsiplərinə sadiq qalıb. Sabitlik, sülh, təhlükəsizlik kimi ümdə meyarlar daim ölkəmizin gündəmində ön plandadır",- o deyib.
Prezidentin köməkçisi söyləyib ki, 2020-ci ildə Azərbaycan iki cəbhədə, həm Ermənistan ilə döyüş meydanlarında, həm də COVID-19 pandemiyasına qarşı vuruşmalı olub: "Bu mürəkkəb dövrdə Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edirdik. BMT ilə də əlaqələrimizin işıqlı gələcəyinə inanırıq".
H.Hacıyev həmçinin Azərbaycanın Əfqanıstanda və başqa bölgələrdə beynəlxalq sülhməramlı əməliyyatlarında iştirak etdiyini də xatırladıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Azərbaycan nefti bahalaşdı
Müşfiqabadda yaşayış binasında yanğın olub
"Neftçi"dən böyükhesablı qələbə
Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Bu məhsullar gömrük rüsumundan azad edilir