Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı
Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı
"Pandemiya başlayandan bu günə qədər dövlət başçımızın tapşırığına əsasən, xaricdə olan 20 mindən artıq Azərbaycan vətəndaşı hava nəqliyyatı vasitəsilə ölkəmizə gətirilib".
Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
O qeyd edib ki, proses davam etməkdədir. H.Hacıyev bildirib ki, Azərbaycanla bir sıra ölkələr arasında xüsusi çarter reysləri fəaliyyət göstərir:
"Həftədə dörd dəfə "Azərbaycan Hava Yolları"nın və "Türk Hava Yolları"nın Bakı-İstanbul-Bakı istiqamətində reysləri təşkil olunur. Burada olan vətəndaşlarımızın, xüsusən də Türkiyədə olan tələbələrimizin ölkəmizə qayıtması təmin olunur.
İstanbul şəhəri böyük tranzit məntəqəsidir ki, digər ölkələrdə olan vətəndaşlarımız İstanbula gələrək, oradan Azərbaycana qayıda bilirlər".

Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə