Prezidentin köməkçisi: "Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu"

Prezidentin köməkçisi: "Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu".
KONKRET.azxəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir: "Ancaq Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu. Ona görə də Azərbaycan Ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli oldu. Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi. Eyni zamanda bu antiterror tədbirləri Qarabağ sakinlərinin telefonlarına göndərilmiş SMS-lər vasitəsilə onlara xəbərdarlıq edilirdi ki, hərbi obyektlərdən uzaq dursunlar. Bir daha demək istəyirəm ki, antiterror tədbirləri lokal və məhdud şəkildə həyata keçirildi".
H.Hacıyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə də lazımi məlumatları vermişdi: "Azərbaycan antiterror tədbirlərinin məqsədini açıqladı. Biz təkliflərimizi verdik və prosesin dayanması barədə razılıq əldə olundu. Artıq erməni silahlıların tərksilah olunması barədə Azərbaycana zəmanət verilib".

Siyasi       Tarix: 20 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı kriminal xeber beynelxalq bank mezenne son xəbərlər azərbaycanda