Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü
Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin "Ekspo 2025" üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri Akihisa Naqaşima ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunub.
Baş nazirin müşaviri Akihisa Naqaşima ölkələrimizin energetika, neft-qaz sahələrində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpaolunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib. O, Azərbaycanın Osakada keçirilən "Ekspo 2025"də fəal iştirakına görə təşəkkür edib, sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini bildirib.
Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib, müxtəlif sahələrdə əməkdaşlıq üçün ölkələrimizin geniş potensialının olduğunu qeyd edib. O, işğaldan azad olunan bölgələrdə aparılan bərpa-quruculuq işlərindən söz açaraq, yapon şirkətlərini də bu layihələrdə fəal iştiraka dəvət edib.
Xalqlarımız arasında dostluğun dərinləşdirilməsi istiqamətində humanitar-mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb, o cümlədən paytaxt Tokioda və Osakada Azərbaycan milli gününün keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycan milli pavilyonunun builki dünya sərgisinin ən çox ziyarət edilənlər sırasında olduğu və "Osaka 2025" sərgisinin ən gözəl 10 pavilyonu sırasına daxil edildiyi bildirilib.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO