Prezidentin Samuxa təyin etdiyi yeni icra başçısı kimdir? - DOSYE
Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
azxeber.com xəbər verir ki, Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib. 2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.
2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
O 2004-cü ildən bu günə qədər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ