Prezidentin vəzifədən azad etdiyi icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
KONKRET.azvəzifəsindən azad edilən A.Qocayevlə bağlı məlumatları təqdim edir:
Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. O, 1965-ci ildə Çaylı kənd orta məktəbini, 1974-cü ildə isə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlayıb. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləyib, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirib.
1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
A. Qocayev 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, üç övladı, yeddi nəvəsi var.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ