Prezidentin xüsusi nümayəndəsi Laçında görülən işləri açıqladı

Prezidentin xüsusi nümayəndəsi Laçında görülən işləri açıqladıYeni sakinlər Laçına köç etdikcə, bizim qarşımızda duran vəzifələr artır.
KONKRET.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O bildirib ki, artıq məktəb fəaliyyətə başlayıb.
"Məktəbdə 70-dən çox şagird təhsil alır. Əlavə olaraq biz gələn əhalinin məşğulluq məsələləri ilə maksimal sürətdə məşğul olmağa çalışırıq. Əgər biz istəyiriksə, şəhərdən bura nəfəs gəlsin, o zaman həmin insanlar burda yaşamaqla bərabər, çalışmalıdırlar, işləməlidirlər. Biz görürük ki, onlar da Laçının qurulmasında, bərpasında yaxından iştirak etmək istəyirlər. Bu məqsədlə biz tikinti şirkətlərində onlar üçün iş yerləri tapmağa çalışırıq", – xüsusi nümayəndə vurğulayıb.
Məsim Məmmədovun sözlərinə görə, eyni zamanda, şəhərin yüksək hissəsindəki Zerti kəndi ərazisindəki Aqro Sənaye Parkında da işlər artıq başa çatmaq üzrədir: "Burada 40-dan çox müəssisənin yaradılması nəzərdə tutulub. Onların yarısı bu gün artıq fəaliyyətə başlayıb. Bura mebel fabriki, balıqçılıq kompleksi, heyvandarlıq sahəsi kimi müxtəlif çeşidli sahələr daxildir".
Laçın şəhərində infrastruktur işlərinin davam etdirildiyini vurğulayan Məsim Məmmədov çoxmənzilli yaşayış binalarının tikintisinin planlaşdırıldığını da diqqətə çatdırıb: "Prezident İlham Əliyev Laçına səfəri zamanı belə bir yaşayış kompleksinin təməlini qoyub. Bundan əlavə, Laçın rayonu ərazisində bu mərhələdə qəsəbə və kəndlərin layihələndirilmə işlərini aparırıq. Gələn ilin birinci rübündə başa çatacaq. Bu iş başa çatandan sonra biz həmən qəsəbə və kəndlərin yenidənqurma işlərinə başlayacağıq. Laçın rayonu ərazisində artıq Zabux kəndinin tikintisi başa çatır. Sus kəndini isə gələn ilin yaz aylarında çalışacağıq ki, təhvil verək. Sus kəndinə 300-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.
Gələn ilin birinci yarısında Güləbird kəndinin inşasına başlanılacaq. Bundan əlavə, gələn ilin birinci yarısında Qorçu və Şəlvə kəndinin layihələndirilmə işləri başa çatacaq. Onlar da böyük qəsəbələrdir. Qorçu kəndi beynəlxalq hava limanı yaxınlığında salınacaq. Ora köçən insanlar hava limanı yaxında olduğu üçün xidmət sahəsində də çalışa biləcəklər. Beynəlxalq hava limanında da işlər sürətlə davam edir, planla 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə hava limanı təhvil veriləcək"./APA

Sosial       Tarix: 08 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər cəbhədən son dəqiqə son xabarlar xeberler az